197
Rixard Vaqner
Mənim həyatım
istifadə etsin, gəlib bizdə işləsin. O, digərlərinə kömək etməyə hazır olmağıma və
onu arvadımla güclə yerləşdiyimiz mənzilə birbaşa dəvətimə gülümsədi. Bir ax-
şam o bizə gəldi və o vaxtkı xalq maarifi naziri Villmenin məktubunu mənə uzatdı.
Villmen bu məktubunda Didonun hazırladığı yunan klassiklərinin nəşri ilə iste-
dadlı və səmərəli əməkdaşlığı sayəsində millətin adını qaldıracaq bir işdə iştirak
edən bu cür görkəmli alimin sağlamlığının zəifləməsinə və vəziyyətinin yaxşı ol-
mamasına görə üzüldüyünü bildirirdi. Təəssüf ki, onun ixtiyarında olan və elmi
məqsədlərlə verilən müavinətlər fondunun ölçüsü, hazırda məktuba əlavə etdiyi
beş yüz frankdan artıq yardım təklif etməyə imkan vermirdi. Məktubda həmçinin
bu məbləği fransız hökumətinin onun xidmətlərinə görə minnətdarlığı kimi qəbul
etməyi xahiş edilir və nazir söz verirdi ki, onun maddi vəziyyətinin yaxşılaşdırıl-
ması ilə daha ciddi məşğul olacaq. Zavallı Lers üçün sevinməyimizə səbəb olan bu
məktub həmçinin təəccübə layiq bir möcüzə kimi görünürdü. Düzdür, ehtimal var
ki, Villmenə bu fikri həm dostumuzu istismar etdiyi üçün vicdanı sızıldayan, həm
də beləliklə, öz vəsaiti hesabına yardım göstərməkdən azad olan Dido aşılamışdı,
amma öz təcrübəmdə sübutunu tapan anoloji hallara əsaslanaraq etiraf etməliydik
ki, nazirin belə nəzakətli və tez yerinə yetirilmiş yardımı alman ölkələrinin heç
birində mümkün olmazdı. Lers yenidən otağını qızdırıb işləmək imkanı qazan-
mışdı. Lakin təəssüf, onun sağlamlığına görə narahatlığımıza son qoyulmamışdı.
Növbəti yazda Parisi tərk edəndə sadiq dostumuzu bir daha görə bilməmək fikri
vidalaşmağımıza xüsusi kədər qatırdı.
120
Mən böyük ehtiyac hiss etdiyim üçün istəməsəm də, yenidən “Axşam
qəzeti”nə havayı korrespondensiyalar yazmağa başladım. Çünki himayədarım sa-
rayməsləhətçisi Vinkler hələ dəmənə “Riensi”ninDrezdendəki taleyi barədə dəqiq
məlumatlar verə bilmirdi. Bu şəraitdə mən Qalevinin daha bir operasının rəğbət
qazanmasını xoşbəxtlik hesab etməli idim. Şlezinger “
Reine de Chypre”
nin uğuru
münasibətilə sevincdən işıq saçaraq yanıma gəldi və opera repertuarının yenidən
parıldayan ulduzunun klaviraustsuqunun və müxtəlif aranjmanlarının hazırlan-
masına görə mənə cənnəti söz verdi. Mən darıxdırıcı işə başlamalı oldum və bu-
nunla da özümə rəva bildiyim “Uçan hollandiyalı”nı yazmaq dəbdəbəsinin əvəzini
çıxdım. Bu iş asan irəliləmirdi. Paris sürgünündən, yoxsulluqla mübarizədən qur-
tulmağa əsaslı ümidimizin yaranması ilə yanaşı, Qalevinin partiturası üzərində iş
Donisettinin “Favorit xanım”ı üzərində cəhdlərimdən müqayisə edilməz dərəcədə
maraqlı idi. Uzun fasilədən sonra Qalevinin əsərinə baxmaq üçün yenidən Bö-
yük operanı ziyarət etdim. Çox şey məndə təbəssüm oyatsa da, bu janrın ümumi