Rixard Vaqner
Mənim həyatım
198
zəifliyi, operanın karikatur ifası gözümdən qaçmasa da, digər tərəfdən “Yəhudi
qadın”dan bəri sevdiyim və istedadı ilə məndə müsbət təəssürat oyadan Qale-
vinin özünü ən yaxşı tərəfdən nümayiş etdirməsinə səmimi qəlbdən sevinirdim.
Şlezingerin xahişindən sonra həvəslə onun qəzeti üçün Qalevinin son əsəri barədə
müfəssəl məqalə yazmağa başladım. Məqalədə xüsusilə qeyd etmişdim ki, fransız
məktəbinin alman məktəbini öyrəndikdən sonra əldə etdiyi üstünlükləri, kiçik və
səthi italyan tərzinə qayıdaraq itirməməsini arzulayıram. Bu zaman özümə fransız
üslubunu şövqləndirmək üçün Oberin, əsasən də onun “Portiçidən olan lal”ının
məxsusi əhəmiyyətini, digər tərəfdən Rossininin solfecionu xatırladan yüklənmiş
melodiyasını vurğulamağa izn verdim. Məqaləmin korrekturasını oxuyarkən gör-
düm ki, Rossini ilə bağlı hissə buraxılıb. Eduard Monne etiraf etmişdi ki, musiqi
qəzetinin redaktoru kimi bu ixtisarı etməyə borclu idi. O deyirdi ki, əgər Rossini ilə
bağlı müəyyən şübhələrim varsa, bunu xüsusilə musiqi maraqlarına həsr olunmuş
jurnaldan başqa istənilən mətbu orqanında ifadə edə bilərəm. Çünki bu cür jur-
nalda belə bir fikir bildirərkən absurd görünməmək qeyri-mümkündür. O, Oberi
təriflədiyimə görə təəssüflənsə də, bu hissəyə toxunmamışdı. Beləliklə, operamusi-
qisinin və bununla əlaqəli fransızların ümumi incəsənət zövqünün tənəzzülündən
tam əmin olaraq müəyyən nəticələr hasil edə bilmişdim. Həmin opera haqqında
hələ də “Riensi” barədə dəqiq xəbərləri ləngidən dəyərli dostum Vinkler üçün də
kifayət qədər böyük məqalə yazmışdım. Bu zaman kapelmeyster Laxnerin uğur-
suzluğunu da ələ salmışdım. Münhen teatrının o vaxtkı rəhbəri Küstner, karyera-
sını qurmaq istədiyi dostuna Parisdə Sen-Jorja opera librettosu sifariş vermişdi və
bu cür ata qayğısı ilə öz protejesinə hər bir alman bəstəkarının arzuladığı böyük
xoşbəxtlik bəxş etmişdi.
Reine de Chypre”
ortaya çıxanda isə məlum olmuşdu ki,
onun süjeti Laxnerin də işlədiyi mövzuda yazılıb. Lakin o da, Küstner də həqiqi
yaxşı opera mətnindən daha çox Laxnerin bu mətni əbədiləşdirəcək musiqisinə
əhəmiyyət verirdilər. Sen-Jorjun librettonun Münhenə göndərilmiş orijinalını
dəyişdirdiyi məlum olmuşdu ki, bu dəyişikliklər də yalnız bir neçə maraqlı epi-
zodun buraxılmasından ibarət imiş. Küstner bundan hiddətlənibmiş. Sen-Jorj isə
cavabında ondan bu qədər miskin ödənişin əvəzində yalnız alman teatrı nəzərdə
tutulmuş mətn gözləyə bilərdi deyə təəccübünü bildirmişdi. Opera librettolarının
tərtib olunmasında fransız üsulu barədə xüsusi fikrim vardı, bu jest isə bundan
sonra heç bir vəchlə Skribin yaxud, Sen-Jorjun hətta ən təsirli əsərinə belə musiqi
yazmayacağım üçün səbəb oldu. Bu hadisə mənə xüsusilə məzəli gəldiyindən, bir
qəzet məqaləsiylə onu sonuclandırmağı qərar verdim və öz şən əhvalımı “Axşam
qəzeti”nin oxucularıyla bölüşmək istədim ki, o oxucuların sırasına da sonradan
dostum”a çevrilmiş Laxner daxil deyildi.