199
Rixard Vaqner
Mənim həyatım
121
Qalevinin operası üzərində işim onunla yaxından tanış olmağa şərait yaratdı
və mən son dərəcə az təsadüf edilən bu yaxşı, həqiqətən təvazökar və təəssüf ki,
enerjisini həddindən tez itirmiş adamla dəfələrlə maraqlı söhbətlər etmişəm. Onun
sonsuz tənbəlliyi Şlezingeri məyus edirdi. Qalevi mənim klaviraussuquma baxıb
onu yüngülləşdirmək üçün müəyyən dəyişikliklər etmək istəyirdi. Lakin onun
işi getmirdi. Şlezinger ondan düzəliş olunmuş vərəqləri əldə edə bilmirdi və bu
da çapı ləngidirdi. Şlezinger qorxurdu ki, klaviraussuq hazırlanana qədər opera
məşhurluğunu itirsin. O, israr etmişdi ki, mən səhər tezdən Qalevinin mənzilinə
gedim və onu lazımlı dəyilşiklikləri mənimkə birlikdə yerinə yetirməyə vadar
edim. İlk dəfə onun evinə səhər saat onda getdim. O, yuxudan təzəcə durmuşdu
və bildirdi ki, hər şeydən əvvəl səhər yeməyi yeməlidir. Mən onun təklifini qəbul
edib bolluqdan aşıb-daşan masa arxasına oturdum. Görünür, mənim söhbətim
onu maraqlandırmışdı. Tezliklə bir neçə dostu və Şlezinger də gəldi. Qalevinin
heç korrektura ilə məşğul olmağı düşünmədiyini görən Şlezinger dəli olsa da,
Qaleviyə heç bir təsir göstərə bilmədi. Qalevi səmimi şəkildə ona uğur bəxş edən
taledən şikayətlənməyə başladı. Çünki əsl sakitliyi yalnız operalarınınmüvəffəqiy­
yətsizliyə düçar olduğu vaxtlarda tapırmış. Axı, müvəffəqiyyətsizliyin səhəri günü
opera barədə düşünməli olmurdu. O, “
Reine de Chypre”
nin niyə görə belə rəğbət
gördüyünü heç cür anlaya bilmirdi və qərara gəlmişdi ki, bu uğuru yalnız ona
əziyyət vermək üçün Şlezinger yaradıb. Qalevi mənimlə alman dilində danışmağa
başlayanda iştirakçıların biri təəccübünü bildirdi. Şlezinger isə cəld yəhudilərin
hamısının alman dilində danışa bildiyini dedi. Bu cavabdan sonra Şlezingerdən
yəhudi olub-olmadığını soruşdular. O, cavab verdi ki, bir vaxtlar yəhudi olsa da,
həyat yoldaşının xatirinə xristianlığı qəbul edib.AdətənAlmaniyada bu söhbətlərin
haqqında danışılan şəxsə təhqir saydığımızı və belə mövzulardan qaçdığımı-
zı xatırlayıb bu cür açıq söhbətə görə yaxşı mənada sarsılmışdım. Lakin bu cür
söhbətlərlə korrektura məsələsində irəliləyiş olmadığı üçün Şlezinger boynuma
qoydu ki, iş bitənə qədər Qalevinin başının üstünü kəsdirim. Qalevinin uğurlarına
laqeyd yanaşmasının sirri, sonrakı söhbətlərdən onu zəngin evliliyin gözlədiyini
öyrəndikdən sonra mənə aydın oldu. Əvvəlcə, bu vəziyyətdə Qalevi kimi gənc is-
tedadların yaradıcılıq stimulunun sırf varlanmaq arzusu olmasının biabırçı sübu-
tunu görməyə meylli idim. Ona görə çox vaxt belələri adi səviyyədən yuxarıda da-
yanan birdən artıq əsər yarada bilmirdilər. Amma tezliklə Qalevidə bir tərəfdən,
özünü nəhəng şəxsiyyətlərə aid etməməsi ilə üzə çıxan, istedadına qarşı təvazökar
münasibətilə yanaşı, digər tərəfdən, xoşbəxt müəlliflərin güclü şöhrət-pərəstlikdən
irəli gələrək fransız teatrı üçün yaratdıqları əsərlərin həqiqətən layiqli olduğuna