Rixard Vaqner
Mənim həyatım
200
inanmamasının vəhdətini sezdim. Beləliklə, ilk dəfə məhz onda incəsənətin risk-
li sahəsindəki yaradıcı əməyimizin həqiqi dəyərinə inamsızlığın məsum ifadəsi
ilə qarşılaşmışdım. Təəssüf ki, daha az təvazökarlıqla ifadə olunan bu inamsızlıq
daim yəhudilərin bizim bədii inkişafımızda iştirak etmələri üçün bəhanə verirdi.
Qalevi cəmi bir dəfə mənimlə ciddi səmimiyyətlə söhbət etmişdi. Bu, mən Alma-
niyaya getməmişdən əvvəl onun mənə layiq olduğumu düşündüyü uğuru arzula-
dığı vaxt idi. 1860-cı ildə onu bir dəfə də görmüşdüm. Öyrənmişdim ki, parisli fel-
yetonçular o vaxtkı konsertlərimə görə mənim üstümə hücum çəkəndə o, mənim
haqqımda yaxşı fikirlər söyləyirmiş. Bu məni onun çoxdan daimi katibi olduğu
Pa-
lais de l`institut
u ziyarət etməyə həvəsləndirmişdi. Görünür, ona irəli sürdüyüm və
haqqında inanılmaz şeylər eşitdiyi yeni musiqi nəzəriyyəsinin nədən ibarət oldu-
ğunu öz dilimdən eşitmək maraqlı idi. O, məni inandırırdı ki, musiqimdə sadəcə,
musiqi görür və musiqimi digərlərindən fərqləndirən yeganə cəhət əksər hissəsini
çox yaxşı hesab etməsidir. Bu mənimməzəli izahatlarıma səbəb oldu. O, bu izahat-
lara səmimi yumorla cavab verdi və yenidən Parisdə uğur qazanmağımı arzuladı.
Lakin indi onun sözləri o vaxt məni Almaniyaya ötürərkən dedikləri qədər ciddi
səslənmirdi. Mən bunu, burda nəyəsə nail olmağın mümkünlüyünə şübhəmin ol-
ması ilə izah edirdim. Bu son görüşdə son əhəmiyyətli fransız musiqiçilərindən
birinin həm mənəvi, həm də estetik cəhətdən tükənməsinə görə kədərli təəssürat
qazanmışdım. Digər tərəfdən, Qalevinin ardıcılları adlandırılanlar arasında yalnız
ikiüzlülüyün, yaxud açıq-aydın sezilən ümumi tənəzzülün arsız istismarının tüğ-
yan etdiyini aşkarlamalı olmuşdum.
122
Bu işlər zamanı bütün düşüncələrim indi tamamilə yeni, ideal aydınlıqla
təsəvvür etdiyim Almaniyaya qayıdışa istiqamətlənmişdi. Mən müxtəlif yollarla
məni cəlb edib planlarımın tezliklə yerinə yetirilməsi yanğısını gücləndirən hər
şeyə yaxınlaşmağa çalışırdım. Artıq Lerslə ünsiyyət məndə əvvəlki, həyata ciddi
baxmaq meylini yenidən oyatmışdı. Bu meyl bir vaxtlar teatr dünyası ilə yaxın
təmas nəticəsində tamamilə boğulmuşdu. İstər-istəməz buradan fəlsəfi məsələlərə
maraq yaranmışdı. Məni heç vaxt nəzər-nöqtəsini gizlətməyən, ciddi və saf Lersin
ölümdənsonrahəyatınmövcudluğuna şübhə iləyanaşmasımat qoymuşdu.Oməhz
bu cür baxış bucağı aydın ifadə edilməsə də, iddia edirdi ki, görkəmli adamları bö-
yük işlərə təşviq edən əsas - stimuldur. Burdan çıxan nəticələr bir qədər dumanlı
olsa da, dəhşətli deyildi. Əksinə, sevinirdim ki, mülahizə və idrak üçün qarşımda
indiyə qədər ağılsızlıq edərək yan keçdiyim və haqqında düşünmədiyim sonsuz
geniş sahə yarandı. Lers məni yenidən yunan klassiklərinə orijinal dildə qayıtmaq