201
Rixard Vaqner
Mənim həyatım
cəhdindən daşındırdı və inkişafımın indiki fazasında və xüsusilə, musiqiyə daxili
marağım olan vaxt klassik dünyanın mənə lazım olan dərkinə qrammatika və lek-
sikon olmadan da nail ola biləcəyimlə təsəlli verdi. Yunan klassiklərinin ciddi və
əsl zövq verən tədqiqi isə zarafat deyil və “yeri gəlmişkən” yerinə yetirilə bilməz.
Əvəzində məndə yalnız məktəb təhsili çərçivəsində xəbərdar oldu-
ğum alman tarixini öyrənmək istəyi yarandı. Əvvəlcə əlimə Raumerin yazdığı
Qoqenştaufenlərin tarixi keçdi. Bu əsərin səhifələrindən çıxmış böyük şəxsiyyətlər
gözlərimin önündə canlanırdılar. Xüsusilə, məni taleyinə laqeyd qala bilmədiyim,
yüksək istedada malik imperator II Fridrix məftun etmişdi. Bu obrazın təcəssümü
üçün uyğun bədii forma axtarırdım. Oğlu Manfredin taleyi onunku qədər az
əhəmiyyətli olmasa da, bu mənada daha əlverişli idi. Mən eyni zamanda musiqili
işləməyəyararlıbeşpərdəlipoemanınplanını cızdım.Məniböyükdramatizmlədolu
əsas qadınfiqurununyaradılmasına, hər tərəfdə satqınlıqlaüzləşən, kilsə tərəfindən
təqib edilən və hamının atdığı gənc Manfredin Apuliya və Abrussadan qaçış za-
manı Lüçeriyanın sarasinləri tərəfindən həvəslə qəbul edilməsi və onlardan dəstək
görərək, uğurdan-uğura addımlayaraq qələbə qazanması ilə bağlı tarixi fakt sövq
etmişdi. Artıq o zaman sevinərək alman ruhunun milliliyinin aydın sərhədlərini
qoruyaraq istənilən örtük altında ümumbəşəri cizgiləri ifadə edə bilməsini aşkar-
lamışdım və bu gözümdə ellin dahiliyinə bərabər idi. II Fridrixdə bu bacarığın
ən yüksək mücəssəməsini görürdüm. Siciliya və Neapolun, normand mülklərinin
varisi olmuş, italyan dilinin inkişafına təkan vermiş, o vaxta qədər yalnız kilsə fa-
natizmi ilə feodal kobudluğunun mübarizə apardığı yerlərdə elm və incəsənətin
yayılmasının əsasını qoymuş, şərq ölkələrinin şairlərini və müdriklərini, ərəb və
fars incəsənətinin əsaslarının və ruhunun bütün məftunediciliyini sarayına cəlb
edə bilmiş qədim şvab nəslindən olan, ağbəniz almanı - səlib yürüşünü onu satqın
Roma klirinin əllərinə verənlərin təəssüfünə səbəb olaraq sultanla sülh və dostluq
müqaviləsi bağlayıb tamamlayan, Fələstindəki xristianlar üçün ən qanlı qələbənin
belə verə bilməyəcəyi imtiyazlar əldə edən heyrətamiz imperator II Fridrixi- işıqlı
və əsrinin mənfur məhdudluqları ilə ümidsiz mübarizədə alman idealının yüksək
ifadəsi kimi təsəvvür edirdim. Poemanın məzmununu onun sevimli oğlu Manf-
redin taleyi təşkil edirdi. Böyük qardaşının ölümündən və atasının mülklərinin
yerlə-yeksan olmasından sonra papanın rəhbərliyi altında ona yalnız Apuliya
üzərində zahiri hakimiyyət verilmişdi. Biz onunla Kapuada, böyük imperatorun
dahiliyini zəifləmiş, gücdən düşmüş formalarda əks etdirən sarayda rastlaşırıq. O,
qoqenştaufenin gücünü bərpa etməkdən əlini üzmüşdü və məyusluğunu poeziya
və nəğmələrlə boğmağa çalışırdı. Bu şəraitə şərqdən təzəcə gəlmiş sarasinli gənc
qız düşür. O, Manfredə atasının Şərqlə Qərbi birləşdirdiyi razılaşmasını xatırlada-
raq ümidsizliyə qapılmış qəhrəmanı imperatorun irsini qorumağa razı salır. Qız
həmişə gələcəkdən xəbər verən biri kimi çıxış edir və özünə aşiq olan kral oğlunu