Rixard Vaqner
Mənim həyatım
202
kifayət qədər uzaq tutmağı bacarır. Apuliya əyanları Manfredə qarşı əlbir olanda,
papa isə onu kilsədən uzaqlaşdırıb bütün mülklərindən məhrum edəndə qız qaçış
planı qurur və hər zaman öndə, lazımlı məsafədə irəliləyərək onu cəsarətlə yerinə
yetirir. O, bir neçə sadiq dostunun müşayiəti ilə Manfredi arxasınca insan ayağı
dəyməmiş dağlıq ərazilərə aparır. Gecə qoşunlarını Abrussadan aparan II Fridrixin
ruhu oğlunu ziyarət edir və Lüçeriyaya yolu göstərir. II Fridrix sülh müqaviləsinə
əsasən o vaxta qədər Siciliya dağlarında yabanı həyat sürən sarasin tayfasının qa-
lan üzvlərini papa razı olmasa da oradakı kilsə ərazisinə yerləşdirib onların ixti-
yarına bütöv bir şəhər vermiş və həmişə satqınlığa qarşı mübarizə aparmağa hazır
tərəfdaş yaratmışdı. Fatimə (qəhrəmanım belə adlanırdı) məhz orada sadiq in-
sanların köməyi ilə Manfredin xeyirxahlıqla qarşılanmasını təşkil etmişdi. Üsyan
nəticəsində papanın təyin etdiyi rəhbər aradan götürülür. Manfred darvazalardan
gizli-gizli şəhərə yaxınlaşır. Şəhər sakinləri sevimli imperatorlarının oğlunu tanı-
yır və çılğın həvəslə onu başçıları seçir ki, ölmüş xeyirxahlarının düşmənlərinə
qarşı hücum çəkib Apuliyanı fəth etsinlər. Lakin poemadakı hadisələrin faciəvi
mərkəz nöqtəsi fatehin heyrətamiz qadın qəhrəmana qarşı get-gedə artan ehtira-
sı olur. Fatimənin doğulma səbəbi böyük imperatorun nəcib bir sarasinli xanıma
bəslədiyi sevgi idi. Planı hazırlayarkən Fatimənin Manfredin bacısı olduğundan
xəbərdar olması sualını açıq qoyurdum. Manfredin gözünə yalnız həlledici anlar-
da və əlçatmaz uzaqlıqda görünən andına sadiq Fatimə, onun Neapoldakı tacqoy-
masından sonra vəzifəsini yerinə yetirilmiş hesab edir. Fatimə gizlincə Manfredi
həmişəlik tərk etməlidir ki, uzaq vətənindən öz əlləri ilə yaratdığı yeni uğurları
izləsin. Qızı bircə Manfredi xilas etməyə də kömək olmuş Nurəddin adlı sarasin
yola salmalıdır. Fatimə yeniyetmə olarkən Nurəddinə arvad kimi vəd edilmişdi
və indi kədərlə taleyinə itaət edərək ona aid olmağa and içmişdi. Onu ehtiraslı
məhəbbətlə sevən Nurəddin isə nişanlısının sədaqətsizliyindən şübhə edərək dəli
kimi qısqanırdı. Gecə yola düşməmişdən əvvəl Fatimə son dəfə gizlincə yatmış
kralın yanına getdi. Fatimənin uzaqdan yenicə taxta çıxmış gənc hökmdara atdığı
vida baxışı qısqanc nişanlısını guya alçaldılmış ləyaqəti naminə qisasa sövq edir.
O, bir zərbə ilə qızı öldürür. Fatimə onu dözülməz taleyindən xilas edən qatilinə
minnətdarlıqla gülümsəyir. Fatimənin meyidini görən Manfred xoşbəxtliyin
əlindən əbədi çıxdığına inanır.
Bu materialı hazırayanda çoxlu dolğun səhnələr və qarışıq situasiyalar daxil
etmişdim. Onu bu tipli digər tanış süjetlərlə müqayisə edərkən hər şeyin əsaslı,
maraqlı və effektli alındığı qərarına gəlmişdim. Lakin mən işi tamamlamaq üçün
kifayət qədər ilhamlanmamışdım. Həmin vaxt diqqətimi başqa bir mövzu cəlb
etdi. Bu mövzuya təsadüfən əlimə keçən “Venera dağı” adlı bayağı kitab sayəsində
meyl etmişdim.