203
Rixard Vaqner
Mənim həyatım
123
Məni cəlb edən və xüsusi şövqlə can atdığım xalis “alman elementi”ni ha-
mının tanıdığı qədim Tanhauzer haqqında nəğməyə əsaslanan sadə xalq dasta-
nında tapanda sarsıldım. Tikin hekayəsindən onun bütün xüsusiyyətləri ilə tanış
olsam da, mövzunun işlənməsi məni daha çox Hoffmana görə maraq göstərdiyim
fantastika sahəsinə aparır və heç bir vəchlə ondan dramatik əsər üçün istifadə
etmək istəyi oyatmırdı. Xalq kitabının nəhəng üstünlüyü Tanhauzerlə “Varburqda
müğənnilərin yarışı” arasında ötəri də olsa, bir əlaqə yaratmasında idi. İkincisi ilə
Hoffmanın
Serapions-bruder”
hekayəsində tanış olmuşdum. Ancaq hiss edirdim
ki, müəllif əsl mövzunu güclü təhrif edib və ona görə maraqlı dastanın əsl vari-
antını bərpa etmək üçün yeni mənbələr axtarmağa başlamışdım. Həmin vaxt Lers
Köniqsberq alman cəmiyyətinin jurnalını gətirdi. Orada Lukasın “Vartburq yarışı”
haqqında ətraflı tənqidi məqaləsi və mətnin qədim alman dilindəki orijinalı var
idi. Mətn baxımından bir şey əldə edə bilməsəm də, müəllif alman orta əsrlərini
indiyə qədər təsəvvür belə etmədiyim rəngarəng çalarlarla təqdim etmişdi.
Elə jurnalın həmin nömrəsində mahiyyətcə “Vartburq yarışı”nın davamı
kimi təqdim olunmuş Loenqrin haqqında poema ilə bağlı tənqidi referat tapmış-
dım. Orada poemanın məzmununun əsas cizgiləri verilmişdi.
Qarşımda tamamilə yeni bir dünya açıldı. Əgər indiyə qədər mənə lazım
olan formanı tapa bilmirdimsə, yeni obraz ən azından ürəyimə həkk olunmuşdu.
Ona görə sonralar Loenqrin haqqında dastanın müxtəlif variantları ilə tanış olan-
da bu fiqur təsəvvürümdə Tanhauzerin fiquru qədər aydın canlandı.
Bu təəssüratlar altında Almaniyaya qayıdıb yaradıcılığın bəxş etdiyi
dincliklə vətənin yeni fəthini həyata keçirmək istəyim qarşısıalınmaz şəkildə artır-
dı. Lakin hələlik bu barədə düşünmək əbəs idi. Məni Parisdə saxlayan yoxsulluqla
mübarizə aparmalı idim. Hərçənd, zövqümə uyğun bəzi işlər də görürdüm. Hələ
yeniyetmə olarkən Praqada Dessauer adlı istedadlı yəhudi musiqiçi və bəstəkarla
tanış olmuşdum. O, Parisdə kifayət qədər məşhurluq qazanmışdı və ipoxondriyası
sayəsində əsasən tanışları arasında silinməz xatirələr qoymuşdu. İmkanlı adam
olan Dessauer ona Böyük operadan sifariş almağa kömək etməyə qərar vermiş Şle-
zingerin himayədarlığını qazanmışdı. “Uçan hollandiyalı”nı oxuyan Dessauer özü
üçün də belə bir süjet tələb edirdi. Belə ki, Leon Pille
Vaisseau fantome”
un musiqi-
sini xor rəhbəri Ditşuya sifariş etmişdi. Dessauer Pilledən bu cür sifariş üçün vəd
aldı və ipoxondrik temperamentinə uyğun süjet üçün mənə 200 frank söz verdi.
Bu dəfə Hoffmanlı xatirələrimdən istifadə edib xüsusi çətinlik çəkmədən “Falun
mədənləri” haqqında süjeti tapdım. Həqiqətən, bu maraqlı və özünəməxsus ma-
terialın hazırlanması uğurlu alındı və Dessauer də ona musiqi yazmağa hazır idi.