Rixard Vaqner
Mənim həyatım
204
Lakin əsərin xüsusilə ikinci pərdədə üzə çıxan mürəkkəb səhnələşdirilməsi adətən
operadan sonra gələn baletə çətinlik yaradacağını bəhanə gətirən Pillenin səhnə
planını rədd etməsi onu məyus etmişdi. Onda Dessauer onun üçün “Mariya Maq-
dalena” oratoriyasına mətn yazmağımı xahiş etdi. Lakin bu xahişlə müraciət etdiyi
gün, dediyinə görə, səhər-səhər öz kəsilmiş başını yatağının qarşısında aydın gör-
düyü üçün qanı qaralmış Dessauerin təklifindən imtina etməsəm də, işin bir qədər
təxirə salınmasını arzuladım. Təəssüf ki, bu təxirəsalınma hələ də davam edir.
124
Qışı bucür təşəbbüslərləkeçirdik. Səbrimi sınayanAlmaniyaarzuları nisbətən
ümidverici forma almağa başlamışdı. “Riensi”yə görə Drezdenlə daimi əlaqə sax-
layırdım və nəhayət, səmimi və vicdanlı adam olduğunu öyrəndiyim Drezden
kral operasının rəhbəri, ürəyiyumşaq Fişer mənə işin gedişi ilə bağlı dəqiq və eti-
mad aşılayan məlumatlar verdi. 1842-ci ilin yanvarında mənə gözlənilmədən yara-
nan yeni ləngimə haqqında xəbər verəndə, buna baxmayaraq, “Riensi”nin fevralın
sonuna qədər səhnələşdirməyə hazır olduğunu bildirdilər. Bu təlaşlanmağıma
səbəb oldu. Çətin ki, o vaxta qədər Parisi tərk edə bilərdim. Lakin tezliklə bu xəbər
təkzib edilmişdi və vicdanlı Fişer demişdi ki, operanı payıza qədər təxirə salmalı
olublar. Anladım ki, özüm Drezdendə olmasam, əsərim heç vaxt səhnəyə qoyul-
mayacaq. Nəhayət, martda Berlindəki kral teatrlarına rəhbərlik edən qraf Redern
Uçan hollandiyalı”nın qəbul olduğunu xəbər verəndə qərar verdim ki, indi nəyin
hesabına olursa-olsun mümkün qədər tez bir zamanda Almaniyaya qayıtmalıyam.
Uçan hollandiyalı” mənə Almaniya teatrları ilə bağlı müəyyən müşahidələr
aparmaq fürsəti vermişdi. Onun süjetinin Paris operasında bəyənildiyini
görərək poemanı çoxdan tanıdığım Leypsiq teatrının direktoru Ringelqradta
göndərmişdim. Lakin o, “Sevgi qadağası” vaxtından mənə qərəzli yanaşırdı. Bu
dəfə məni süjetin yüngüllüyündə ittiham etmək imkanı olmayan direktor onun
çox tündməcaz xarakterinə əsaslandı. Münhen teatrının o vaxtkı direktoru, saray
müşaviri Küstnerlə Parisdə
Reine de Chyprenin
librettosunun sifarişi ilə əlaqədar ta-
nış olduqdan sonra ona “Uçan hollandiyalı”nın mətnini göndərib müvafiq xahişi-
mi də bildirmişdim. Lakin o, poemanı geri göndərərək onun alman teatr şərtlərinə
və alman auditoriyasının zövqünə uyğun gəlmədiyini bildirmişdi. Münhen üçün
fransız librettosunu sifariş etdiyini bildiyim üçün onun imtinasının nə mənaya
gəldiyini anlamamışdım. Partituranı bitirib məktubla qraf Redern Meyerberə,
Berlinə göndərmişdim. Ondan xahiş etmişdim ki, mənə Parisdə yardım edə
bilmədiyini nəzərə alaraq əsərimin Berlində üzə çıxmasına birbaşa vasitəçi olsun.
Həqiqətən, əsərimin çox tez bir müddətə, cəmi iki ay sonra qəbul olunması barədə