205
Rixard Vaqner
Mənim həyatım
qrafın iltifatlarla müşayiət olunan məktubunu alanda çox təəccüblənmiş və sevin-
mişdim. Almaniyaya qayıdandan sonra tezliklə öyrəndim ki, qraf Redern çoxdan
Berlin opera teatrının rəhbərliyindən imtina edib və onun yerinə Münhendən
Küstner gətirilib. Burdan belə məlum olurdu ki, qrafın mənə verdiyi vəd böyük
nəzakətlə ifadə olunsa da, bu halda ciddi qəbul edilə bilməzdi. Çünki onun həyata
keçirilməsi qraf Rederndən yox, onun varisindən asılı idi. Bunun nəticəsi sonra
bilinəcəkdi.
125
Çox arzuladığım və yaranan ümidlərlə əsaslandırılmış görünən Almani-
yaya qayıdış zəngin qohumlarımın mənə göstərdikləri mərhəmət nəticəsində
mümkün olmuşdu. Didonun Lersə ianə ayırmaq üçün nazir Villmenə ağız açma-
sının xüsusi səbəbləri olduğu kimi parisli yeznəm Avenarius da yoxsulluğumla
yaxından tanış olduqdan sonra bacım Luizaya müraciət etmişdi və bir gün məni
gözlənilməz xəbərlə sevindirmişdi. Sona yetməkdə olan 1841-ci ilin 26 dekabrın-
da Minnanın yanına dimdiyində 500 franklıq bilet tutan qazla gəldim. Bu pulu
Avenarius Luizanın köməkliyi ilə onun yaxın dostu, çox zəngin tacir Şletterdən
almışdı. Təbii ki, tezliklə Parisdəki yoxsulluqdan ayrılmaq ümidi olmasaydı, təkcə
çox təvazökar büdcəmizdəki artım əhvalımın yüksəlməsinə səbəb ola bilməzdi.
Əlimdə iki əsərimin böyük alman səhnələrində nümayiş edilməsi vədi olduğu
üçün artıq yeznəm Brokhauzdan mənim Almaniyaya qayıtmağım üçün vasitəçi
olmağı xahiş edə bilərdim. Bir il əvvəl ona bu mövzuda bir məktub yazmışdım,
lakin o “həyatımın axınına rəğbət” bəsləmədiyini bəhanə gətirərək imtina etmişdi.
Lakin indi səhv etməmişdim. Vaxtı gələndə ondan yol xərcləri üçün pul əldə edə
bilmişdim.
Bu ümidlər və maddi vəziyyətimin yaxşılaşması sayəsində qışın ikinci ya-
rısını, 1842-ci ilin yanvarından etibarən, daha yaxşı əhvalda keçirmişdim. Bu isə
Avenariuslarla qohumluq sayəsində ətrafımda yaranmış kiçik mühitimdə lap
yerinə düşürdü. Minna ilə axşamları tez-tez Avenariuslarda, yaxud digər tanışla-
rımızın evində keçirirdik. Onların arasında bir özəl təlim-tərbiyə müəssisəsinin di-
rijoru Küneni və onun həyat yoldaşını böyük zövqlə xatırlayıram. Həm söhbətim,
həm də gənclərin həvəslə oynadıqları rəqsləri royalda improvizə etməyə hazır ol-
mağımla bu cür yığıncaqlarda elə uğur qazanırdım ki, tezliklə belə yığıncaqlarda
hamının demək olar, yükə çevrilmiş simpatiyasını qazanmışdım.
Nəhayət, qurtuluş saatı çatdı. Parisi tərk edə biləcəyim gün yetişdi. Ümid edir-
dim ki, bir də bura qayıtmayacam. Bu, 7 aprel idi. Parisə yaz gəldiyi hiss olunurdu.
Qışda boş görünən bağa baxan pəncərələrimizin qarşısında indi ağaclar yaşıllanır