Rixard Vaqner
Mənim həyatım
206
və quşlar cəh-cəh vururdu. Anders, Lers və Kittslə vidaşalarkən çox həyəcanlı idik.
Deyəsən, Andersin ölümü yaxın idi. Çünki yaşı ilə əlaqəli sağlamlığı pozulmuşdu.
Lersə gəldikdə isə, yuxarıda qeyd etdiyim kimi, onunla bağlı şübhə yox idi, Parisdə
keçirilən iki il yarımın sınaqları zamanı ehtiyacın qısa vaxtda bu mehriban, nəcib,
hətta görkəmli insanları necə dəhşətli düşkünlüyə, uçuruma sürüklədiyini görmək
qorxunc idi. Gələcəyindən, sağlamlıqdan daha çox mənəvi baxımdan narahat ol-
duğum Kitts, bizi bir daha sonsuz uşaq rəhmdilliyi ilə təəccübləndirmişdi. O, yol
xərclərinə pulun çatmayacağını düşünərək bütün etirazlarıma baxmayıb həmin an
əlində olan son beş frankı da mənə vermişdi. Son anda isə o, əla növ buruna çəkilən
fransız tütününü dilijansda ovcuma qoymuşdu. Dilijans bulvarların yanından ötərək
bizi şəhər keçidinə apardı. Biz gözlərimizdən axan yaşlardan heç nə görmürdük.
126
Həmin vaxt Parisdən Drezdenə səyahət altı gün dörd gecə davam edirdi. Al-
man sərhəddində Forbaxda qarlı çətin bir yol keçməli olduq. Paris yazından sonra
bu elə də mehriban qarşılama olmadığı üçün bizi xüsusilə sarsıtmışdı. Həqiqətən,
yenidən qayıtdığım vətənim boyu irəlilədikcə kefimizi pozan bir çox şeylə qarşı-
laşdıq. Mən anladım ki, Almaniyadan evlərinə qayıdan fransalı səyyahlar birbaşa
qışdan yaya keçdikləri üçün bütün yaxa düymələrini açıb dərindən nəfəs alarkən
haqlı idilər. Frankfurtdan Leypsiqə gedən yolda poçt atları ilə Leypsiqdəki pas-
xa ayinlərinə yollanan tacirlərin axınına düşdüyümüz üçün səyahətimiz əsl əzaba
çevrildi. Həmin vaxt atlar və poçt arabaları əlüstü qapıldığı üçün iki gün bir gecə
ehtiyat arabalarında silkələnə-silkələnə getməli olmuşduq. Bu isə bizə təxminən
dəniz səyahəti kimi təsir göstərmişdi. Bütün səyahət boyu yeganə sevindirici
təəssüratı Vartburq yaxınlığından keçəndə yaşamışdım. Elə həmin dəqiqə günəş
buludların arasından görünmüşdü və Fulda tərəfdən xüsusilə qəşəng görünən
dağ qəsri məndə ilıq hisslər oyatmışdı. Uzaq dağ yamacına dərhal Horselberg
adını verdim və biz vadidən keçərkən “Tanhauzer”in üçüncü pərdəsi üçün de-
korasiya bütünlüklə fikrimdə formalaşdı. Nəticədə, yerin dəqiq planını müəyyən
edərək parisli rəssam-dekorator Depleşenə onu əks etdirməyi tapşırdım. Məhz
indi Parisdən evə qayıdarkən nağılvari alman Reynindən adlamağımmənim üçün
dərin əhəmiyyət kəsb edirdi. Lakin tarixi rəvayətləri və dastanları ilə zəngin Vart-
burqu ilk dəfə bütün möhtəşəmliyi ilə görməyim daha mühüm idi. Bu təəssüratlar
mənə elə yaxşı təsir göstərmişdi ki, küləyə və tufana, yəhudilərə, leypsiq messa-
sına baxmayaraq zavallı, haldan düşmüş və donmuş həyat yoldaşımla birlikdə
xoşbəxt və gümrah halda Drezdenə (12 aprel 1842) çatdıq. Bura Minna ilə ayrıldıq-
dan sonra tərk edib Şimala sürgün olduğum həmin şəhər idi.