207
Rixard Vaqner
Mənim həyatım
Biz
Zur Stadt Gotha”
mehmanxanasında dayandıq. Ən gözəl uşaqlıq və
yeniyetməlik illərimi keçirdiyim şəhər mənə alaqaranlıq tutqun havanın təsiri ilə
xüsusilə soyuq və cansız göründü. Elə bil, burada cavanlığımı xatırlada biləcək
hər şey ölmüşdü. Bizə gülərüzlə sığınacaq verə biləcək heç kəs yox idi. Arvadımın
valideynləri ehtiyac içində, kasıb və dar mənzildə yaşayırdılar. Biz dərhal özümüz
üçün kiçik bir ev axtarışına başladıq. Dulusçu küçəsində aylığı 7 taler olan mənzil
kirayələdik. “Riensi” ilə bağlı bir neçə vacib ziyarətləri etdikdən və tək qoyacağım
qısa müddət üçün təmin etdikdən sonra aprelin 15-i Leypsiqə yola düşdüm və son
altı ildəilkdəfəanamlagörüşdüm.O,Brokhauzlarınevininyaxınlığındaşuxvəgeniş
birmənzildəxoşbekarlıq içində, böyükailəsi olarkənbütüngücünüvədiqqətini ver-
diyi təsərrüfat qayğılarından azad şəkildə yaşayırdı. Onun xasiyyəti də dəyişmişdi.
Əvvəlki cəldiyi tamam itmişdi və özünəməxsus yüksək əhval-ruhiyyə ilə evli
qızlarının ailə rifahını saxlamaqla məşğul olurdu. Anam xoşbəxt, dinc və aydın
qocalıqdan zövq alırdı və bunların hamısına görə kürəkəni Fridrix Brokhauzun
mehriban qayğısına borclu idi. Buna görə mən də Brokhauza dərin minnətdarlıq
duyurdum. Mən gözlənilmədən qapıdan girəndə anam əvvəlcə qorxub sonra se-
vinmişdi. Aramızdakı acılıqdan əsər-əlamət qalmamışdı. Anam yalnız qardaşım
Yuliusun əvəzinə məni yanında saxlaya bilmədiyinə görə peşman idi. O, bədbəxt
zərgər barədə də sevindirici bir xəbər verə bilmədi. Anammənim işimin qələbəsinə
inamını bildirdi. Yazıq Rozaliya ölümündən əvvəl mənim haqqımda xoş fikirlər
söyləmişdi və onun sözləri anamın mənim uğuruma olan ümidinə güc verirdi.
127
Bu dəfə Leypsiqdə bir neçə gün qaldım və oradan “Uçan hollandiyalı”nın
səhnələşdirilməsi iləbağlı danışmalı olduğumqrafRedernləgörüşməküçünBerlinə
yola düşdüm. Dediyim kimi, burada qrafın treatr işinə rəhbərlikdən imtina etmək
istədiyini öyrəndim. Qraf məni həmin vaxt Berlində olmayan yeni intendant cənab
fon Küstnerin yanına göndərdi. Bu dəyişikliyin mənim üçün nə mənaya gəldiyi
dərhal aydın oldu və anladım ki, belə şərtlərdə bura gəlməyimin heç bir mənası
yox imiş. Parisdə də yaşamağa davam edə bilərdim. Meyerberi ziyarətdən sonra
Berlinə gəlməklə tələskənlik etdiyimi anladım və bu hiss daha da möhkəmləndi.
Buna baxmayaraq, o məni nəzakətlə qəbul etdi, çox lütfkar davrandı, lakin indi
buradan getməyə hazırlaşdığını bildirdi. Onu Berlində ziyarət edərkən həmişə bu
vəziyyətdə olurdu. Həmin vaxt Prussiya kralı tərəfindən general-muzikdirektor
vəzifəsinə dəvət olunan Mendelson da Berlində idi. Əvvəllər Leypsiqdə təqdim
edildiyim üçün onu da ziyarət etdim. Öyrəndim ki, Berlindəki fəaliyyətinin uğu-
runa inanmır və həvəslə Leypsiqə qayıdardı. Bir neçə il əvvəl ictimaiyyət qarşısın-