Rixard Vaqner
Mənim həyatım
208
da ifa olunmuş böyük simfoniyamın partiturasını ona zorla qəbul etdirmişdim.
Bu partituranın taleyi barədə sual vermədim. O da öz növbəsində bu qeyri-adi
hədiyyəni xatırladığını bir kəlmə ilə olsa belə, hiss etdirmədi. Ümumilikdə, ondan
və onun zəngin ev tərtibatından soyuqluq hiss etdim. Özü bilərəkdən aramızdakı
məsafəni qorumağa çalışdım. Həmçinin Relştabı da ziyarət etdim. Onun yanına
daimi naşiri, yeznəm Brokhauzdan məktubla getmişdim. Özümü daha inamlı hiss
etsəm də, o, soyuq münasibət göstərirdi və bunu gizlətmir, mənimlə maraqlana
biləcəyini nümayiş etdirmirdi. Əhvalım çox pozulmuşdu və qeyri-ixtiyari Serfin
Commissionsrath
`ını xatırladım. Bir neçə il əvvəl Berlində pis dövr keçirsəm də, heç
olmasa, zahiri kəskinliyinə baxmayaraq mənə səmimi dost münasibəti göstərən bir
adamla qarşılaşmışdım. Əslində, mən bir vaxtlar Laube ilə gəzdiyimiz Berlini ax-
tarırdım. O vaxt hər ikimiz gənclik həyəcanına qapılmışdıq. Londondan, xüsusilə
də Parisdən sonra bu uzun, darıxdırıcı küçələri – burada bu, əzəmət deməkdir –
olan Berlin mənə darıxrıdıcı təəssürat bağışladı. Öz-özümə dedim ki, əgər alnıma
istədiyimə nail olmaq yazılıbsa, bunu Berlindən çox Parisdə etməyi arzulayardım.
Tamamilə bəhrəsiz səfərdən qayıdanda Leyqpsiqdə bir neçə gün keçirdim
və o vaxt Leypsiq universitetində şərq dilləri kafedrasında olan yeznəm professor
Herman Brokhauzun evində qaldım. Onun ailəsində iki qız uşağı böyümüşdü.
Bu evdə əmin-amanlıq və mənəvi xeyirxahlıq, həyatın yüksək maraqları və bun-
lara görə narahat olan, oradan-buraya sovrulan evsiz qohumları ilə bağlı hər şeyə
gerçək şəfqət hissi hökm sürürdü. Bir axşam bacım sözəbaxan uşaqlarını yatız-
dıranda onlarla nəvazişlə sağollaşdı və sonra geniş, gözəl tərtib olunmuş kitab-
xanada şam süfrəsi arxasında uzunmüddətli dost söhbəti üçün bütün hazırlıqlar
görüləndə, mən dözməyib hönkür-hönkür ağlamışdım. Görünür, beş il bundan
əvvəl Drezdendəki həyatımdan, erkən evlənməyimlə bağlı yaranan qayğılardan
xəbərdar olan bacım məni anlamışdı. O, əri Hermanın təşəbbüsü ilə Drezdendə
Riensi”nin səhnələşdirilməsini gözləyən müddətdə yetəcək dərəcədə borc təklif
etdi. Hər ikisi məni inandırdı ki, bunu özlərinə bir borc hesab edirlər və bu baxım-
dan heç bir şübhə bəsləməməliyəm. Söhbət yarım il ərzində aybaay hissə-hissə
alacağım 200 talerdən gedirdi. Başqa heç nəyə arxayın olmadığım üçün Minna
evdarlıq istedadını son damlasına qədər istifadə etməli idi. Buna baxmayaraq, belə
şərtlərdə yaşamaqmümkün idi vəmənmüəyyən qədər sakitləşmiş haldaDrezdenə
qayıtdım. Bu Leypsiq ziyarətim zamanı doğmalarımı ilk dəfə “Uçan hollandiyalı”
ilə tanış etdim. Mən operanı tam və əlaqəli formada ifa etdim və oxudum. Mənə
elə gəldi ki, maraq oyada bilmişdim. Ən azından sonra operanın Drezdendəki ta-
maşasında iştirak edən bacım Luiza şikayətləndi ki, artistlərin ifası ona mənim
interpretasiyamı dinləyərkən hiss etdiklərini bəxş etmədi. Burada yenidən köhnə
dostum Apeli axtardım. Yazıq tamam kor olsa da, şən və taleyindən kifayət qədər
razı idi. Bununla o, məni çox təəccübləndirmiş və ona qarşı mərhəmət bəsləmək