209
Rixard Vaqner
Mənim həyatım
səbəbini əlimdən almırdı. O, əynimdəki tünd-göy gödəkçəni tanıdığını bildirdi.
Lakin mənim əynimdə qəhvəyi gödəkcə var idi. Buna görə mübahisə aparmamaq
qərarına gəlib Leypsiqi tərk etdim. Burda hamının xoşbəxt olması və özünü yaxşı
hiss etməsi məni heyrətləndirmişdi.
128
Aprelin 26-sı Drezdenə qayıtdım. Gələcək taleyimdə daha fəal iştirak etmək
imkanı əldə etdim. “Riensi”nin səhnələşdirilməsində iştirak etməli olan şəxslərlə
birbaşa ünsiyyət məni canlandırdı və yeni ümidlər verdi. Düzdür, Drezdenə
gəldiyim üçün təəccüblərini gizlətməyən general-direktor fon Lütihaunun və ka-
pelmeyster Reysigerin soyuq münasibəti müəyyən qədər şübhələrə səbəb olmuş-
du. Hətta daima məndən korrespondensiyalar alan himayədarım qofrat Vinkler
Parisdə qalmağımın daha yaxşı olduğunu düşünürdü. Lakin təcrübəmdən bilir-
dim və dəfələrlə əmin olmuşdum ki, əsl dəstəyi yuxarılardan yox, aşağılardan gö-
rürdüm. Qoca xordirektor Vilhelm Fişer məni səmimi qəbul etdi. Onunla heç tanış
olmasaq da, o, partituram haqqında aydın təsəvvürə sahib yeganə adam idi. O,
operamın uğuruna ciddi ümid bəsləyirdi və onun səhnələşdirilməsi üçün enerji ilə
çalışmağa başlamışdı. Otağına girib özümü təqdim edəndə Fişer qışqıraraq məni
qucaqladı və mən dərhal özümü ümidlərlə dolu ab-havada hiss etdim. Ondan baş-
qa, aktyor Ferdinand Hayne və ailəsi də məni istiqanlı, səmimi qarşılamışdı. Onu
uşaqlıqdan tanıyırdım. O, atalığım Heyerin həvəslə qəbul etdiyi bir neçə gəncin
sırasına daxil idi. Atam bu bəstəboy və taqətsiz oğlana
Davidchen
adını vermişdi.
Davidchen
artıq qeyd etdiyim, Karl Mariya fon Veberin də əyləndiyi yığıncaq və
pikniklərdə iştirak edirdi. Hayne köhnə “yaxşı” məktəbdən olan aktyor idi və yal-
nız səhnədə faydalı olduğu üçün Drezden teatrında dəyərli mövqe tutmurdu. O,
həm də yaxşı rejissor bacarıqlarına sahib idi. Lakin heç vaxt bu yeri almaq üçün
rəhbərliyin rəğbətini qazana bilməmişdi. Rəhbərlik onu kostyum rəssamı kimi işə
cəlb etmişdi və o, “Riensi”nin səhnələşdirilməsi ilə bağlı iclaslarda iştirak edir-
di. Beləliklə, o, uşaq yaşlarında xoş saatlar keçirdiyi ailənin gənc nümayəndəsinin
əsəri ilə bağlı qayğılarda iştirak etməli olmuşdu. Oməni öz adamı kimi qarşılamış-
dı. Evsiz sərgərdanlara münasibətdə xoş üz göstərməyən vətənimdə ilk dəfə bu
adamda doğmalıq hiss etmişdim. Fişerlə mən Haynenin evində axşamlar adətən
kartof və siyənək yeyərək ümidlərimiz barədə şən söhbətlərə dalırdıq. Şreder-Dev-
rien məzuniyyətdə idi, Tixaçek də məzuniyyətə hazırlaşırdı və onunla ötəri tanış
olub “Riensi”dəki rolu ilə bağlı səthi söhbət etməyə macal tapmışdım. O gözəl səsə,
geniş musiqi imkanlarına malik yeni, şən adam idi və onun “Riensi”dəki roluna
şad olduğunu bildirməsi məni sevindirmişdi. Hayne məni inandırırdı ki, Tixaçek