Rixard Vaqner
Mənim həyatım
210
təkcə xeyli yeni kostyumun və xüsusilə, yeni gümüşü zirehin olması perspektivinə
görə rola canla-başla razılıq vermişdi ki, elə buna görə də Tixaçek sarıdan rahat ola
bilərdim. Bu şərtlərlə mən operanın səhnələşdirilməsi üçün hazırlıqlara başladım.
Onun ciddi şəkildə öyrənilməsi yayın sonuna, əsas qəhrəmanlar məzuniyyətdən
qayıtdıqdan sonra başlamalı idi. Hər şeydən əvvəl, dostum Fişeri sakitləşdirməli
və həddindən artıq həcmli partituranın ixtisara salınması ilə razılaşmalı oldum.
Saray teatrının məşq üçün nəzərdə tutulmuş otağındakı köhnə alətdə partituramı
elə qızğın enerji ilə ifa edib oxuyurdum ki, dostumu tamam heyrətləndirmişdim.
Sonda o, yazıq alətin taleyini boş verib sadəcə mənim ciyərlərimin vəziyyətinə görə
narahat olmağa başlamışdı. Ürəkdən gülərək operanın ixtisar etmək cəhdlərini
boşladı. Belə ki, o hər dəfə hansısa parçanın ixtisarına işarə edən kimi mən həvəslə
həmin yerin ən əsas və vacib hissə olduğunu sübut etməyə başlayırdım. Biz onun-
la hüdudsuz səslər dənizinə dalmışdıq və nəhayət, onun əlində mənə qarşı yalnız
bir dəlil – cib saatına istinad eləmək qalmışdı. Lakin mən buna da şübhə etdim.
Mən çox rahatlıqla ona böyük pantomimanı və ikinci pərdədəki baletin böyük bir
hissəsini qurban verdim. Fikrimcə, bu tamaşanın müddətini yarım saat azaldırdı.
Beləliklə, bu halda xeyir-dualarla nəhəngimizi surət çıxardanın əlinə təslim etdik.
Belə hesab edirdik ki, qalan şeylər öz-özünə düzələcək.
129
İndi arvadımla yayı harada keçirəcəyimizi düşünməliydik. Mən uşaq vax-
tı bir neçə aylıq maraqlı səyahətlər etdiyim Teplitsaya köçmək qərarına gəldim.
Gözəl hava və şəfalı bulaqlar Minnanın ağır vəziyyətdə olan sağlamlığına müsbət
təsir göstərməli idi. Amma bu planı yerinə yetirənə qədər “Uçan hollandiyalı”nın
taleyini həll etmək üçün bir neçə dəfə Leypsiqə getməli olmuşdum. Mayın 5-də
təzə gəlmiş yeni Berlin intendantı Küstnerlə görüşə getdim. Küstnerin mənə
münasibəti çox mürəkkəb idi. O özünün Münhendə olarkən yararsız hesab et-
diyi, lakin sələfinin qəbul etdiyi operanı səhnələşdirməli idi. Amma o mənə bu
cür müstəsna şəraitdən çıxış yolu tapmaq üçün düşünməyə söz vermişdi. Onun
mülahizələrinin nəticəsini öyrənmək üçün iyunun 2-də Berlinə yola düşdüm. La-
kin hələ Leypsiqdə olarkən Küstnerin məktubunu aldım. Küstner məktubda onu
tələsdirməməyi və bir qədər gözləməyi xahiş edirdi. Onda mən məsafənin yaxın-
lığından istifadə edib Qalleyə böyük qardaşım Albertlə görüşməyə getdim. Ya-
zığın ailəsinin vəziyyəti məni çox incitdi və dərin təəssüfümə səbəb oldu. Mən
əhəmiyyətli dramatik ifaçı istedadında ona imtina edə bilmirdim, amma burada
ona layiq olmayan pozğun teatr şərtlərində o, mövcudluğunu ən zavallı şəkildə
davam etdirirdi. Bir vaxtlar bunun “gözəlliklərini” yaşadığım üçün bu cür həyat