211
Rixard Vaqner
Mənim həyatım
şəraiti ilə yaxşı tanış idim və indi belə həyat mənə təsvirolunmaz dəhşət verirdi.
Qardaşımın bu barədə necə danışdığını eşitmək isə daha da ağır idi. Dediklərindən
aydın idi ki, o bu həyata necə ümidsiz şəkildə və bütün varlığı ilə qərq olub. Bu
ziyarətdən yalnız bir həvəsləndirici nəticə çıxardım. Bu, qardaşımın on beş yaşlı
ögey qızı İohannanın heyrətamiz dərəcədə gözəl səsi və gəncliyinin təsiri idi. Bu
qız mənə Şporun müsbət, xoş bir hisslə təsir edən “Roza, sən necə də gözəlsən”
mahnısını oxumuşdu. Drezdenə qayıtdım və Minna ilə bacılarından birini
götürərək gözəl havada Teplitsaya yola düşdüm. Ora iyulun 9-da çatdıq və
Scho-
nau
da, “Palıd kölgəsində” mehmanxanasına yerləşdik. Tezliklə, artıq çoxdandı hər
yay burada isti müalicəvi vanna qəbul edən anamla görüşdük. Bu dəfə anamməni
Teplitsada görmək ümidi ilə daha da həvəsli gəlmişdi. O, əvvəllər həddən artıq
erkən evliliyimə görə Minnaya qərəzli yanaşsa da, indi onunla yaxından tanış olub
sevmiş, ağır, iztirablarla dolu Paris həyatımın dostuna hörmət etməyə başlamışdı.
Anam ümumiyyətlə, çox kaprizli idi və ünsiyyət qurarkən onun əhvalına uyğun-
laşmalı olurduq. Lakin onun fantaziyasının heyrətamiz, demək olar ki, gənclik
təravətini saxladığına sevinirdim. Anam o qədər həssas idi ki, hətta bir axşam Tan-
hauzer əfsanəsi haqqında söhbətlərimdən sonra o xoş həyəcandan yata bilməyib
yuxusuz bir gecə keçirmişdi.
130
Leypsiqli xeyriyyəçi Şletterlə Parisdə qalmış Kittsin ağır vəziyyəti barədə ya-
zışdıqdan, Minnanın müalicəsini təşkil etdikdən və şəxsi ağır maddi vəziyyətimi
bir qədər qaydaya saldıqdan sonra bir neçə günlüyə köhnə uşaqlıq vərdişimə
uyğun olaraq Bohemiya dağlarında gəzintiyə yollandım. Oradakı gözəl şəraitdə
Venera dağı” konsepsiyasını tamamlamağı düşünürdüm. Aussiq dağlarında ro-
mantik Şrekenşteynin dağıntıları arasında vaxt keçirmək qərarına gəldim. Kiçik
bir mehmanxanada gecələməyim üçün samandan yataq düzəltdilər. Bu tərəflərin
ən hündür dağ zirvəsi Vostraya gündəlik gəzintilər məni təravətləndirir, nağılvari
məkanda tənhalıq isə gənclik əhvalımı o qədər canlandırırdı ki, bir dəfə ay işığın-
da örtüyə bürünüb bütün gecəni Şrekenşteynin xarabalıqları arasında gəzmişdim.
Çatışmayan bircə xəyalatlar idi və onları özümlə əvəzləməyə çalışırdım. Kimisə
qorxuda bilmək ehtimalı mənə hədsiz zövq verirdi. Burda kitabçamda üçpərdəli
Venera dağı” operasının planını çızdım və nəticədə bu plana uyğun şeir mətni
yazdım. Bir dəfə bir vadini dolanıb Vostraya çıxarkən maraqlı rəqs melodiya-
sı eşitdim. Onu yüksəklikdə uzanan bir çoban fitlə ifa edirdi və birdən mən elə
təsəvvür etdim ki, vadidən keçən zəvvar xorunun arasındayam. Lakin sonralar
bu çoban mahnısını yaddaşımda bərpa edə bilmədim və özümə ənənəvi üsulla