Rixard Vaqner
Mənim həyatım
212
kömək etməli oldum. Bu təəssüratlarla zənginləşib möhkəmlənmiş sağlamlıq və
yüksək əhval-ruhiyyə ilə Teplitsaya qayıtdım. Bundan bir qədər sonra Tixaçeklə
Şreder-Devrienin Drezdenə gözlənilən qayıdışı ilə bağlı maraqlı xəbər aldım. Mən
Riensi”nin məşqlərinə başlamaqdan daha çox, rəhbərliyə mən olmayan vaxt “Ri-
ensi” əvəzinə başqa bir şeylə məşğul olmağa imkan verməmək üçün ora qayıtma-
ğa tələsirdim. Minnanı müəyyən müddətə Teplitsada, anamın yanında qoydum.
Özüm isə iyulun 18-də Drezdenə yola düşdüm.
Bu dəfə
Maximiliansalle
yə baxan qəribə bir evdə kiçik mənzil kirayələdim.
Hazırda, o ev sökülüb. Dərhal operanın məzuniyyətdən qayıtmış əsas ifaçıları ilə
canlı ünsiyyət qurdum. Bu dəfə Qretrinin “Göy saqqal”ında səhnədə gördüyüm
Şreder-Devrienə bəslədiyim həyəcan yenidən dirildi və bu vəziyyət mənə xüsusi
təsir etdi. Məsələ burasında idi ki, məhz “Göy saqqal” beş yaşlı uşaq olarkən elə
burada, Drezdendə eşitdiyim ilk opera idi. O vaxt bu opera mənə hələ də unuda
bilmədiyimovsunlu təsir bağışlamışdı. Erkən uşaqlıq xatirələri yenidən canlanmış-
dı və mən bir vaxtlar özümün hazırladığım kağız dəbilqəni başıma geyinib yüksək
pafosla Göy Saqqal cəngavərin ariyasını oxuyaraq evdəkiləri əyləndirdiyimi yada
saldım. “Ay xain! Qapı açıqdır!” Dostumuz Hayne də bunu xatırlayırdı. Digər
münasibətlərdə bu opera məni çox razı salmırdı. Xüsusilə, Parisin tam simli alətlər
orkestrinin qüdrətli səsindən sonra buradakı orkestr kasıb görünürdü. Hiss etmiş-
dim ki, gözəl teatr binasını istifadəyə versələr də, zalın ölçülərinə uyğun olaraq
orkestrdəki simli alətlərin sayını artırmağı unutmuşdular. Səhnə təchizatı ilə bağ-
lı bu və digər əhəmiyyətli təfərrüatlarda alman teatrına xas simiclik yenə özünü
göstərmişdi. Xüsusilə, Paris operasının repertuarına daxil olan əsərləri ifa edərkən
bu cəhət daha çox gözə girir və miskin tərcümə mətni ilə daha çox vurğulanırdı.
Artıq Parisdə məni bu cəhətdən dərin narazılıq duyğusu sıxırdı. Burada isə məni
bir vaxtlar alman teatrlarından Parisə qovan hisslər daha böyük güclə yenidən
oyanmışdı. Mən özümü təhqir olunmuş hiss edirdim və qəlbimin dərinliklərində
yenə nifrət cücərirdi. Bu nifrət o qədər kəskinləşmişdi ki, Almaniyanın istənilən,
hətta ən yaxşı opera teatrı ilə sıx əlaqə qurmaq barədə düşünmək belə istəmirdim.
Əksinə, istəklərimlə ikrah hissi arasındakı ziddiyyətdən çıxış yolu tapmaq, bir
tədbir görmək barədə düşüncələrə dalırdım.
Ağır şübhələrin öhdəsindən gəlməyə teatr heyətindəki ayrı-ayrı, fövqəladə
istedadlı şəxslərin iştirakı kömək etdi. Bunu hər şeydən əvvəl, əməkdaşlıq etməyi
yüksək şərəf kimi arzuladığım böyük müəllim Şreder-Devrienə aid etmək olar.
Əlbəttə, yeniyetməlik təəssüratlarımdan çox il keçib. Bu qadının xarici görünüşünə
gələndə isə, növbəti il Drezdeni ziyarət edən Berlioz Parisdəki məlumatlarından
birində onun haqqında mənfi rəy bildirmişdi. O hesab edirdi ki, həddən artıq yet-
kin matrona köklüyü ona gənc rollarda, xüsusilə, kişi rollarında - “Riensi”dəki
kimi - səhnəyə çıxmasına narahatlıq yaradır, publikanı ona qarşı soyudur. La-