213
Rixard Vaqner
Mənim həyatım
kin bu fiziki çatışmazlıqlardan daha çox ifaçıya başqa şeylər zərər verirdi. Onun
repertuarı məhdud sayda olan sevimli rollardan ibarət idi. Buna görə onda
hərəkətsizlik, şüurlu şəkildə hesablanmış effektlərin ətaləti, müəyyən eyninövlü
ifa tərzi yaratmışdı. Və bu tərz bir qədər mübaliğəyə meyl edərkən vaxtaşırı az
qala iztirablı təəssürat bağışlayırdı. Bunların heç biri gözümdən qaçmırdı, lakin
mən onun üstünlüklərini də hamıdan yaxşı bilirdim. Onun çatışmazlıqlarından
yan ötüb dəqiq, dərin zövqlə bu misilsiz aktrisanın yaradıcılığında nümayiş et-
dirdiyi nəhəngliyə tamaşa edirdim. Cavanlığının yaradıcı enerjisi əvvəlki güc ilə
oyansın deyə xüsusi həyəcanlandırıcı şərtlər – fövqəladə hərəkətli həyat ona bu
baxımdan xeyli təkan verirdi - lazım idi. Bu cəhətdən o mənə dəfələrlə yüksək
təəssüratlar bəxş etmişdi. Bircə çürük teatr mühitinin aktrisanın nəcib və yüksək
xasiyyətinə təsir etməsi insanı bir qədər soyudur və şübhə oyadırdı. Mənə böyük
dramatik aktrisanın ifasını çatdıran dodaqlardan bütün teatr qəhrəmanlarından
eşitdiyim nitqləri eşitməli olurdum. O, gözəl səsə, cazibədar xarici görünüşə malik
istənilən adi ifaçının onun rəqibi olmasını və tamaşaçılardan eyni dərəcədə rəğbət
görməsini qəbul edə bilmirdi. Böyük aktirsanın məğrur təvazökarlığı bu cəhətdən
özünü göstərmirdi və o, illər keçdikcə daha qısqanc olurdu. Bunun hamısını
yaxşı görsəm də, hələ şəxsən mənə heç bir təsiri olmurdu. Digər bir xüsusiyyəti
isə müqayisə olunmaz dərəcədə çox çətinlik yaradırdı. O, yeni musiqini asan
mənimsəyə bilmirdi. Yeni partiyanın öyrənilməsi onun üçün böyük çətinliklərlə
bağlı idi, onunla öz əsərini məşq eləməyi qarşısında məqsəd qoyan bəstəkar üçün
isə uzunmüddətli əziyyətli məşğələlərlə nəticələnirdi. O, bir çox digər yeni opera
hissələrini öyrəndiyi kimi, “Riensi”də də Adrianonun rolunu asta-asta öyrənərək
rolundan soyuyurdu. Bu isə məni çətin vəziyyətə qoyurdu.
131
Çətin xasiyyətə malik Şreder-Devrienlə yola getmək asan olmasa da, uşaq
kimi məhdud və səthi, lakin istedadlı Tixaçeklə iş heyrətamiz dərəcədə rəvan ge-
dirdi. O, öz hissələrini əzbərdən öyrənməyə çalışmır, ən çətin notları vərəqdən
oxuyurdu. Digər ifaçılar sonda məhz yazılan notu düzgün götürməyə gəlib çıxsa-
lar da, o, istənilən əzbərləməni ən başdan bitmiş hesab edirdi. O, öz hissəsini bir
neçə məşğələdə lazımi qədər oxuduqdan və onu yaddaşına həkk etdikdən sonra
qalan şeylərə görə narahat olmurdu. İfanın bəzəyi və oyun öz-özünə yaranmalı
idi. Hissəsindəki mətnin səhvlərini yaxşıca öyrənir və yöndəmsiz sözləri də düz-
gün sözlər kimi aydın və enerjili tələffüz edirdi. Rolu anlamaqla bağlı bütün qeyd
və məsləhətləri xeyirxah coşğu ilə rədd edir və iddia edirdi ki, “hər şey öz vaxtın-
da olacaq”. Tezliklə Tixaçeki qəhrəmanımın mahiyyətini anlamağa məcbur etmək