Rixard Vaqner
Mənim həyatım
214
cəhdlərindən tamamilə imtina etməli oldum. O, bundan çox razı idi, mən isə öz
növbəmdə, həm onun işə hazırlıq və həvəslə başlaması ilə, həm də onun gözəl
səsinin ovsunlayıcı qüvvəsi ilə mükafatlandırılmışdım.
İki əsas rolun ifaçılarından başqa, mənim ixtiyarımda yalnız çox adi
qüvvələr var idi. Lakin onların azad iradəsi bəs edirdi və hətta kapelmeyster
Reysiger də foyedəki royal məşğələlərinə vaxtında gəlməyə başlamışdı. Onu işə
həvəsləndirmək üçün hiyləgər bir fənd işlətməli olmuşdum. Reysiger tez-tez yaxşı
opera mətni tapmağın qeyri-mümkünlüyündən şikayətlənir və mənim özüm üçün
libretto yazmaq vərdişimi ağıllı addım hesab edirdi. Təəssüf ki, onun özü fürsəti
əldən vermiş və gəncliyində bu sənətə yiyələnməmişdi. Məhz bu, onun dramatik
bəstəkar kimi uğur qazanmasına əsas maneə olmuşdu. Axı mən də - o belə hesab
edirdi – etiraf etməliyəm ki, onun “lap çox melodiyası” var. Lakin ifaçılara həvəs
aşılamaq üçün bu kifayət deyildi. O, Şreder-Devrienin timsalında bundan əmin
olmuşdu. Bellininin “Romeo və Cülyetta” operasının finalını Devrien elə şövqlə
ifa edir ki, tamaşaçıları da cuşa gətirir. Lakin
Adele de Foix”
operasının eynilə buna
bənzər finalını o, tam laqeyd ifa edirdi. Bunun səbəbi əlbəttə, yalnız süjetdə gizli
idi. Mən dərhal ona hazır opera mətni verəcəyimə söz verdim. O həmin mətnə
ürəyi istəyən qədər melodiya uyğunlaşdıra bilərdi. Reysiger buna böyük sevinclə
razı oldu. Mən Keniqin romanı əsasında tərtib elədiyim və bir vaxtlar Skribə
göndərdiyim “
Hohe Braut”
un köhnə əlyazmasını opera mətninə uyğun şeirlər
şəklində işləyib Reysigerə bağışlamaq qərarına gəlmişdim. O, hər dəfə ifaçılarla
məşqə gələndə bir vərəq şeir alacaqdı. Mən bütün libretto bitənə qədər öhdəmə
götürdüyüm vəzifəni vicdanla yerinə yetirdim. Bir neçə vaxt sonra Reysigerin Kri-
te adlı aktyora “Meduzanın batması” adlı operası üçün yeni libretto sifariş etdiyini
eşidəndə çox təəccüblənmişdim. Məlum olmuşdu ki, kapelmeysterin heç kəsə eti-
bar etməyən həyat yoldaşı mənim heç bir səbəb olmadan librettomu ərinə bağış-
lamaq istəyimə şübhə ilə yanaşıbmış. Hər ikisi librettonun yaxşı yazıldığını, təsirli
məqamlarla zəngin olduğunu düşünsələr də böyük ehtiyatla yanından ötməli ol-
duqları xain bir tələdən şübhələnmişdilər. Beləliklə, libretto yenidən üstümə qayıt-
mışdı. Bu isə mənə Praqadakı köhnə dostum Kitli vəziyyətdən çıxarmağa kömək
olmuşdu. Ona görə librettonun tərkibinə “Fransızlar Nitsa darvazaları qarşısında”
adlı hissə əlavə olunmuş və deyilənə görə, (özüm görməmişəm) tez-tez Praqada
uğurla səhnələşdirilmişdi. Bu vəziyyət praqalı bir tənqidçiyə mənə librettomun
əsl istedadımdan – librettoçu olmaq - xəbər verdiyini və musiqi kompozisiyaları
bəstələməklə səhv etdiyimu aydınlaşdırmaq üçün bəhanə vermişdi. Əksinə, Lau-
be “Tanhauzer”ə əsaslanaraq iddia edirdi ki, mənim üçün əsl bədbəxtlik təcrübəli
bir pyes yazarına musiqim üçün yaxşı libretto sifariş etməyi düşünməməyim idi.
Bu dəfə mənim fəndim arzulanan məqsədə aparmışdı. Reysiger “Riensi”nin
məşqlərinə vaxtında gəlirdi. Buna əsas səbəb şeirlərdən çox ifaçıların operaya ar-