215
Rixard Vaqner
Mənim həyatım
tan maraq göstərməsi, xüsusilə, Tixaçekin səmimi heyranlığı idi. Adətən dostla-
rı ilə bir yerdə ova getmək fürsəti əldə edən kimi o, teatr foyesindəki fortepiano
məşqlərindən qaçırdı. Lakn indi “Riensi”nin məşqlərinə bayrama gələn kimi parıl-
tılı gözlərlə və əla, səs-küylü əhval-ruhiyyə ilə gəlirdi. Mən isə bu məşqlərdən az
qala sərxoş olurdum. Artistlər xüsusilə sevdikləri yerləri heyranlıqlarını bildirərək
müşayiət edirdilər, üçüncü pərdənin finalında ansambl isə (təəssüf ki, uzunluğuna
görə bütün tamaşalarda buraxılan hissə) hətta özünəməxsus gəlir mənbəyinə çev-
rilmişdi. Bu H-moll hissəsi o qədər gözəldir ki, ona görə müəyyən ödəniş etmək
lazımdır, hətta Tixaçek bir dəfə belə bir söz də demişdi. Bu sözü deyəndən son-
ra masaya bir zilberqroş qoyub ətrafdakıları da bunu təkrarlamağa səslədi. Hamı
gülərək təklifi qəbul etdi. Sonra hər dəfə iş finala çatanda hamı belə deyirdi: “İndi
neyqroşlar olan nömrə gəlir”. Şreder-Devrien isə pul kisəsini çıxarıb bu operanın
onu tamamilə iflasa uğradacağını bəyan edirdi. Qəribə gəlirin bir hissəsini vic-
danla mənə təhvil verirdilər. Heç kəs ağlına belə gətirmirdi ki, bu pullar mənə və
arvadıma dəfələrlə nahar məsələsini həll etməyə kömək olub.
132
Avqustun əvvəlində Minna Teplitsadan Drezdenə qayıtdı. Anam da onunla
birlikdə qısamüddətə bizə gəlmişdi. Biz soyuq mənzildə qalır, məhrumiyyətlərə
dözürdük. Lakin ümidlə azadlıq və qələbə gününü gözləyirdik. “Riensi”yə hazır-
lıq bütün avqust və sentyabr aylarını məşğul etmişdi. Belə ki, tez-tez Almaniyanın
opera teatrının repertuarı üçün ənənəvi hal almış tərəddüd və dəyişikliklərə görə
işlər bəzən yarıda qalırdı. Yalnız oktyabr ayında uyğunlaşdırılmış ifalar elə xarak-
ter almışdı ki, tamaşanın uzaqda olmadığından artıq əmin olmaq mümkün idi.
Ansamblların və orkestrin məşqləri başlayanda isə iştirakçılardan hər biri opera-
nı böyük uğurun gözlədiyini təxmin edirdi. Nəhayət, teatrın səhnəsində ümumi
məşqlər başladı. Onların uğuru adamı məst edirdi. Biz sülh carçısının peyda oldu-
ğu ikinci pərdənin ilk səhnəsinin tamamlanmış quruluşda tam məşqini keçirəndə
hamını həyəcan bürümüşdü. Hətta dramın mərkəzi olmağa imkan verməyən
rolundan narazı Şreder-Devrien də suallarıma, müraciətimə cavab verəcək hal-
da deyildi. Göz yaşları onu boğur, danışmağa mane olurdu. Mənə elə gəlirdi ki,
bütün teatr heyəti məni sevir və bir möcüzə kimi heyranlıq bəsləyirdi. Düzdür,
qeyd etməliyəm ki, burada yoxsulluq içində olan, indi isə naməlumluqdan parlaq
şöhrətli məşhurluğa addım atan gənc bəstəkara qızğın şəfqət hissi də mühüm rol
oynamışdı. Ümumi məşqdə fasilə zamanı artistlər səhər yeməyi yemək və yorğun
əsəblərini təzələmək üçün ətrafa səpələnəndə mən boşalmış səhnədə tək qaldım
və taxta körpücüyün üstündə əyləşdim. Onlar kimi nahar edə bilməzdim, amma