Rixard Vaqner
Mənim həyatım
216
ətrafdakıların bunu hiss etməsini də istəmirdim. Görünür, bircə “Riensi”də kiçik
rol ifa edən əlil-ifaçı - qoca italyan bunu başa düşüb mənə rəhmi gəldiyindən mənə
bir stəkan şərabla, bir tikə çörək təklif etmişdi. Nəticədə, mən nə qədər ağır olsa
da, onun əlindən bu kiçik rolu da alaraq arvadının qəzəbinə səbəb olmuşdum.
Qoca da arvadına inanaraq mənim dostumdan düşmənimə çevrilmişdi. 1849-
ci ildə Drezdendən qaçmalı olanda guya mənim üsyanda iştirak etdiyimi məhz
həmin ifaçının polisə xəbər verdiyini öyrənmişdim. Onda mən “Riensi”nin ümu-
mi məşqindəki səhər yeməyini xatırladım və bu fakta nankorluğumun cəzası kimi
yanaşdım. Onun ailəsindəki narazılıqlara görə özümü günahkar hesab edirdim.
İlk tamaşanı heç vaxt hiss etmədiyim əhvalda gözləyirdim. Bu əhvalımı
bölüşmək üçün Hemnisdən mehriban bacım Klara da gəlmişdi. Orada darıxdırı-
cı meşşan həyatı yaşayırdı və taleyimin dönüş nöqtəsində iştirak edərək canlan-
maq üçün Drezdenə tələsmişdi. Kiçik artistlik qabiliyyəti tez tükənən yazıq bacım
həyat yoldaşı və ana kimi adi mövcudluğun öhdəsindən çətinliklə gəlirdi və bura-
da artan şöhrət ab-havasında intim əhvalını yüksəlmiş hiss edirdi. Onunla və xor-
direktor Fişerlə axşamları Haynenin ailəsində, dəyişməz siyənək və kartof süfrəsi
arxasında keçirərək gözəl dəqiqələr yaşayırdıq. İlk tamaşa ərəfəsində axşam hətta
punş da təşkil etmişdik və bizim məmnunluğumuz son həddə çatmışdı. Həmin
gecə yuxumuzu alaraq taleyimdə böyük dönüşlər vəd edən səhəri günü qarşı-
lamaq üçün uşaqlar kimi xoşbəxt, gülə-gülə, ağlaya-ağlaya evlərimizə dağıldıq.
20
oktyabr 1842-ci ildə mane olmamaq üçün artistlərin yanına getməməyə qərar
verdim. Lakin küçədə onlardan biri ilə qarşılaşdım. Bu, operamda kiçik bas parti-
yasını ifa edən, bir qədər darıxdırıcı, amma qiymətli ifaçı - ciddi və vasvası Risse
idi. Səhər təravətli idi, aydın və günəşli hava tutqun, buludlu günləri əvəzləmişdi.
Risse salamlaşdı və yerə mıxlanmış kimi bir kəlmə belə söyləmədən üzündə hey-
ranlıq və zövq ifadəsi ilə qarşımda dayandı. O, qəribə həyəcanla qeyri-adi taleyin
gözlədiyi adamın üzünə yaxından baxmaq istədiyini izah etdi. Mən gülümsədim.
Görünür, bu sözlər mənə aid idi. Onu yaxın günlərdə “Hamburq şəhəri” restora-
nında bir stəkan yaxşı şəraba qonaq edəcəyimə söz verdim.
133
Bir də heç vaxt “Riensi”nin ilk tamaşası günü hiss etdiklərimə yaxın duy-
ğular yaşamadım. Sonralar bütün ilk tamaşalarımda məni qayğı bürüyürdü. Bu
qayğı ifanın uğurundan yana olduğu üçün əslində əsası var idi. Bu həm zövq al-
mağa mane olur, həm də tamaşaçıları izləmək imkanını əlimdən alırdı. “Tristan
və İzolda”nın məşqində hiss etdiyim müstəsna əhval-ruhiyyə belə “Riensi”nin
premyerasında hiss etdiklərimdən o qədər uzaq idi ki, mahiyyətcə bu qədər fərqli