217
Rixard Vaqner
Mənim həyatım
duyğular müqayisə belə edilə bilməzdi. Bütövlükdə, tamaşadan irəli gələrək ope-
ranın uğuruna arxayın olmaq mümkün idi. Bütün tamaşaçı zalı mənim tərəfimdə
idi və bu, çox təəccüblü idi. Adətən Drezden kimi şəhərlərin auditoriyası müəyyən
qədər əhəmiyyətli musiqi əsəri barədə ilk dəfədən mühakimə yürütmək iqtida-
rında deyildi, buna görə də tanınmamış müəlliflərin işlərinə qərarsız və soyuq
münasibət göstərirdilər. Bu dəfə auditoriya özünü başqa cür aparmağa məcbur
idi. Çünki artıq tamaşadan əvvəl çoxsaylı teatr heyəti tərəfindən operam barədə o
qədər heyranlıq dolu rəylər yayılmışdı ki, bütün şəhər əhalisi söz verilən möcüzəni
gərgin halda gözləyirdi. Mən, Minna, bacım və Haynenin ailəsi ilə parter-lojada
əyləşmişdim və indi həmin axşamın xatirələrini diriltməyə çalışanda onlar mənə
qəribə bir yuxunun dumanında görünürlər. Mən xüsusi bir sevinc və ya həyəcan
hiss etmirdim. Əsərimə müəllif kimi yox, yad adam kimi yanaşırdım. Dolu teatr
zalı məni elə qorxutmuşdu ki, auditoriyaya nəzər sala bilmirdim. Böyük kütlənin
yaxınlığını tüğyan edən təbiət, inadcıl göy gurultusu, leysan kimi hiss edirdim
ki, buna görə də lojanın uzaq küncündə gizlənmişdim. Alqışları heç hiss etmir-
dim və hər pərdədən sonra məni coşğu ilə çağıranda dostum Hayne diqqətimi
ora yönəldir və məni güclə səhnəyə itələməli olurdu. Əvəzində bir məsələyə görə
get-gedə daha çox narahat olur və çəkinirdim. Mən artıq ikinci pərdədən sonra
Freyşüts”ün sonundakı kimi gec olduğunu anlamışdım. Səhnədə baş verən hərbi
hadisələrə görə tamaşaçılar üçün yorucu hesab etdiyim üçüncü pərdə bitəndə saat
onu göstərirdi. Deməli, məlum olmuşdu ki, tamaşa düz dörd saat davam edib.
Mən çox məyus olmuşdum. Bu pərdədən sonra məni səhnəyə səsləyən çağırış-
ları yalnız auditoriyanın nazakətli davranışı hesab edirdim. Mənə elə gəlirdi ki,
tamaşaçılar boğaza qədər doyduqlarını bildirmək istəyirdilər və dərhal teatrı tərk
edəcəkdilər. Qarşıda isə hələ iki pərdə var idi. Operanı sona çatdırmayacağımız-
dan əmin idim. Məni peşmanlıq bürümüşdü. Gərək vaxtında ixtisar təkliflərinə
razı olardım. İndi eşidilməmiş bir şeyi yaşamalı idim. Qeyri-adi uğur qazanmış
opera gülünc şəkildə uzandığı üçün yarıda kəsilib, axıra çatdırılmayıb. İfaçılar
hələ əla əhvalda olsalar da, xüsusilə Tixaçek özünü getdikcə daha yaxşı və güm-
rah hiss etsə də, bunları gözlənilən qaçılmaz qalmaqalı məndən gizlətmək cəhdləri
kimi qəbul edirdim. Son pərdənin başqanğıcında, yəni, gecə yarısında auditoriya-
nın hələ də zalda olduğundan əmin olanda təəccübümün həddi-hüdüdü yox idi.
Daha nə gözlərimə, nə qulaqlarıma inanırdım. Həmin axşamın hadisələri mənim
üçün əsl müəmma idi. Sadiq artistlərimlə son dəfə auditoriyanın gurultulu çağırış-
ları altında səhnəyə çıxanda gecə yarısından keçmişdi.
Tamaşa bitən kimi görüşdüyüm qohumlarımın əhval-ruhiyyəsi opera-
nın görülnməmiş ölçüsünün tamaşaçılara göstərəcəyi təsir barədə əndişələrimi
möhkəmləndirdi. Fridrix Brokhauzun ailəsi bir neçə tanışı ilə birlikdə Leypsiqdən
xüsusilə bunun üçün gəlmişdilər və biz tamaşanın sonunda onların mehmanxana-