Rixard Vaqner
Mənim həyatım
218
sına dəvət olunmuşduq. Orada sıx mühitdə operanın uğurunu qeyd edib mənim
sağlığıma şərab içəcəkdilər. Lakin biz ora çatandamətbəxin və şərab anbarının bağ-
landığı məlum oldu. Üstəlik, tamaşada olanlar elə yorulmuşdular ki, hər tərəfdən
yalnız bir şey eşidirdim: saat altıdan gecə yarısına qədər davam edən opera tama-
şasının sərhədləri aşan davamlılığına görə təəccüb. Hamı ancaq bundan danışırdı
və biz əldən düşmüş halda evlərimizə dağılışdıq. Səhəri gün saat 8-də teatr konto-
runun not bölməsində idim. Ora yalnız bir məqsədlə gəlmişdim. “Riensi”nin ikin-
ci dəfə səhnələşdirilmək ehtimalına qarşı lazım bildiyim ixtisarları aparmalı idim.
Yayda hər taktı Fişerə qarşı müdafiə edib onun labüdlüyünü sübut edirdimsə, indi
məni kor-koranə silmək, qaralamaq istəyi bürümüşdü. Hər şey lazımsız gəlirdi.
Hələ dünən auditoriyanın hiss etmədən qəbul etdiyi yerlər indi mənə anlaşılmaz-
lıqların vəhdəti kimi gəlirdi. Onlardan hər biri operaya xələl gətirmədən, kölgə
salmadan, anlaşılmazlığa səbəb olmadan çıxarıla bilərdi. Mən bir şeyə can atır-
dım. Musiqi mümkünsüzlüklərinin nəhəng yığınını münasib çərçivəyə salmaq
istəyirdim. Bununla yanaşı, surət köçürənlərə amansızlıqla partituranı qısaltmaq
tapşırığı verərək daha bir fəlakətin qarşısını almaq istəyirdim. Məncə, ictimai fikrə
və teatr aləminin əhvalına təslim olan general-direktor deyəcəkdi ki, “Son tribun”
kimi bir əsərin tamaşasına maraq xatirinə yalnız bir dəfə icazə vermək olar, ikinci
tamaşa isə yolverilməzdir. Ona görə də gün ərzində bilərəkdən teatrla hər hansı
təmasdan qaçaraq vaxt udmağa, qəhrəmancasına ixtisarlarım barədə şaiyələrin
lazımı yerlərə çatıb, lazımi təsir göstərməyi üçün imkan qazanmağa çalışırdım.
Nahardan sonra yenidən surətköçürənin yanına qaçdım ki, tapşırıqlarımın doğru
yerinə yetirilməsinə nəzarət edim. Bu zaman öyrəndim ki, Tixaçek gələrək mənim
ixtisarlarıma tanış olub və onları yerinə yetirməyə qadağa qoyub. Xordirektor Fişer
də mənimlə bu ixtisarlar haqqında danışmaq istəyirdi. İşi ləngitdilər və mənə elə
gəlirdi ki, təhlükəli bir şey yaxınlaşır. Bunun nə mənaya gəldiyini anlamırdım və
ixtisar gecikərsə, fəlakətin baş verəcəyindən qorxurdum. Nəhayət, axşam Tixaçeki
tapdım və o, ağzını açmağa macal tapmamış surətköçürənlərin işini dayandırdığı
üçün üstünə cumdum. O, yarım boğuq səslə qısa və kəskin cavab verdi: “Mən
öz partiyamdan bir notu belə silməyə izn verə bilmərəm, bu, çox gözəldir”. Mən
gözlərimi ona zilləyib ovsunlanmış kimi donmuşdum. Uğurumun bu cür misilsiz
sübutu bütün qorxularımı dağıtmaya blməzdi. Digərləri də özlərini belə aparırdı-
lar. Fişer sevincdən parlayır və məni ələ salırdı. Hamı bütün şəhəri əhatə edən ruh
yüksəkliyindən danışırdı, şəhər rəhbəri mənə gözəl işimə görə minnətdarlığını
bildiriyi məktub göndərmişdi. Mənə Tixaçeklə Fişeri qucaqlamaqdan, evə tələsib
Minna və Klaraya işin nə yerdə olduğunu danışmaqdan başqa şey qalmırdı.