219
Rixard Vaqner
Mənim həyatım
134
İfaçılara bir neçə gün istirahət verilmişdi. 26 oktyabrda Tixaçekdən güclə
razılıq aldığım müəyyən ixtisarlarla ikinci tamaşa baş tutdu. Uzunluğa görə xü-
susi şikayətlər eşitmişdim və qərara gəlmişdim ki, Tixaçek düz deyir: “əgər bu
operaya o dözürsə, tamaşaçılar asanlıqla dözməlidirlər”. Beləliklə, hər dəfə eyni
uğurla altı tamaşa nümayiş edildi. Opera kral sarayının böyük şahzadələrinin də
marağına səbəb oldu. Onlar əsərdə heç bir dəyişiklik arzulamasalar da, tamaşanın
yorucu uzunluğu ilə barışa bilmirdilər. Q. Fon Lütihau buna görə bütün opera-
nı heç bir ixtisar olmadan hissələrə bölüb iki axşam ard-arda nümayiş etdirməyi
təklif etmişdi. Mən razılaşdım və bir neçə həftəlik fasilədən sonra ilk tamaşanı
Riensinin əzəməti”, onun ardınca ikincisini isə “Riensinin tənəzzülü” adı ilə elan
etdik. İlk gecə əvvəlki ikinci pərdə, ikinci gecə isə xüsusi musiqili giriş hazırladı-
ğım son üçüncü pərdə göstərildi. Bu zat-alilərini, xüsusilə, kral ailəsindən olan iki
böyük xanımı-şahzadələr Amaliya və Avqustanı çox razı saldı. Lakin tamaşaçılar
bir operaya görə ikiqat pul ödədiklərini düşündülər və bu fikrə əsl kələk kimi ya-
naşdılar. Narazılıq gəlirdə özünü göstərə bilərdi və bu üsulla keçən üç tamaşadan
sonra rəhbərlik əvvəlki formaya qayıtmalı oldu. Mən həvəslə bununla razılaşdım
və operaya əvvəl qəbul olunmuş ixtisarları tətbiq etdim.
Həmin vaxtdan “Riensi”nin tamaşalarını nə qədər tez-tez qoysalar da, te-
atr dolu olurdu. Bu uğurun möhkəmliyindən ətrafdakıların nə qədər paxıllıq
çəkdiyini öyrəndikdən sonra tam əmin oldum. Bununla, ilk dəfə mənim üçün çox
ağır formada premyeranın səhəri günü qarşılaşdım. Söhbət şair Yulius Mozendən
gedir. Onu yayda Drezdenə ilk gəlişim zamanı ziyarət etmişdim. Onun istedadını
həqiqətən yüksək qiymətləndirdiyim üçün tezliklə çox yaxınlaşdıq və bu tanışlıq
mənim üçün həm xoş, həm də bir çox cəhətlərdən öyrədici idi. O, mənə öz dram-
larını oxudu və bu əsərlər mənə müstəsna təsir bağışladı. Onların arasında orijinal
şəkildə işlənmiş və mənə çox maraqlı gələn “Kola Riensi” adlı faciə də var idi. Mən
ondan “Riensi”nin mətnini öz əsəri ilə müqayisə etməməyi xahiş etdim, çünki poe-
tik nümunə kimi mənim əsərim onun əsərindən qat-qat aşağıda durur. O, mənimlə
razılaşmamaq üçün elə də böyük səy göstərməli olmadı. Lakin mənim tamaşam-
dan bir qədər əvvəl o, Drezden səhnəsində ən zəif dramlarından biri “Veymarlı
Bernqrad” ı qoymuşdu. Bu tamaşanın nəticələri onu sevindirmədi və bu qaçılmaz
idi. Çünki dramatik cəhətdən cansız, siyasi boşboğazlıqla dolu əsər bənzəri bütün
əsərlərin məşum taleyini bölüşdürməli idi. O. “Riensi”nin qəbul olunmasına və
təəssüf ki, eyni adı daşıyan əsərini səhnələşdirə bilməməsinə - görünür, sərt siyasi
tendensiyasına görə - bir qədər pərt olmuşdu. Həmin tendensiya sözlərlə bağlı
olduğundan sırf dram əsərində daha çox sezilirdi. Mən onun opera janrını aşağı