Rixard Vaqner
Mənim həyatım
220
qiymətləndirməsinə bir söz deməyib razılaşmışdım. İlk tamaşadan sonrakı gün
bacım Luizagildə onunla qarşılaşanda və o, operamın uğurunu ələ salan nifrət
dolu ifadələr, zəhərli kədərlə üstümə düşəndə mən çox təəccüblənmişdim. Lakin
mənim də qəlbimin dərinliklərində qəribə bir hiss gizlənirdi. Mən “Riensi”nin
uğurla dayandığı opera janrının miskinliyini anlayırdım və buna görə gizlində
utanaraq onun açıq hücumlarına cavab verə bilməmişdim. Özümü müdafiə etmək
üçün ona deyəcəyim sözlər hələ tam yetişməmişdi və mən məxsusi istiqamətimin
müəyyən bəhrəsinə əsaslana bilmirdim. İstinad etməyə heç bir şeyim yox idi və
söhbət zamanı yalnız bir şey hiss edirdim. Bədbəxt yazıçıya mərhəmət. Onun hü-
cumlarının hiddəti hələ özümün də əmin olmadığım nəhəng uğurumun sübutu
olduğu üçün ona bəslədiyim mərhəməti daha çox ifadə etmək istəyirdim.
135
Riensi”nin ilk tamaşası zamanı mənimlə qəzet rəyçiləri arasında uçurum ya-
randı. Bu uçurum vaxt keçdikcə daha kəskin və geniş olurdu. Drezdenin çoxdankı
əsas musiqi rəyçisi Karl Bankla hələ Maqdeburdaykən tanış olmuşdum. O, məni
ziyarət etmişdi və mən ona “Sevgi qadağası”ndan səmimiyyətlə təriflədiyi böyük
hissələri ifa etmişdim. Bu insan yenidən Drezdendə görüşəndə “Riensi”nin ilk ta-
maşası üçün ona bilet ayırmadığımı bağışlaya bilmirdi. Drezdendə yaşayan digər
rəyçi Yulius Şladebaxla da təxminən eyni şey təkrarlandı. Ümumiyyətlə, hamını
razı salmağa çalışan adam olsam da, bir insana yalnız rəyçi olduğu üçün xüsusi
münasibət göstərməyə duyduğum ikrah hissini boğa bilmirdim. Mənim tərsliyim
və prinsipial sərtliyim illərlə artdı və bu bütün ömrüm boyu hesablaşmalı olduğum
jurnalistikanın görünməmiş təqiblərinin əsas səbəblərindən birinə çevrildi. Drezden
jurnalistikasının böyük nüfuzu olmadığı üçün müharibə hələ ki, güclənməmişdi.
Digər şəhərlərin qəzetlərində Drezden barədə korrespondensiyalar və xəbərlər
nadir halda nəşr olunurdu. Belə ki, Drezdenin incəsənət həyatı dünyanı maraq-
landırmırdı. Bu isə əlbəttə, şəxsən mənim üçün əlverişli hal deyildi. Ona görə də
şöhrətimin xoşagəlməz cəhətləri də mənə bir elə toxunmurdu və mən bir müddət
özümü əla hiss elədim. İlk və son dəfə məni ümumi iltifat ab-havası əhatə edirdi və
özümü çəkdiyim bütün iztirablara görə kifayət qədər razı salınmış hesab edirdim.
Operanın uğuru arxasınca inanılmaz sürətlə digər, əvvəlcə tamamilə nəzərdə
tutulmayan nəticələri də gətirdi. Bu nəticələr sırf maddi xarakter daşımırdılar.
Belə ki, operaya görə qonorar hələlik ümumi rəhbərliyin müstəsna şəkildə iyir-
mi luidor əvəzinə ayırdığı cəmi 300 taler məbləğində idi. Həmçinin, operanı iki-
üç mühüm səhnələrdə nümayiş etdirməmiş sanballı bir naşirə satmağa da ümid
edə bilməzdim. Lakin gözlənilmədən kral muzikdirektoru Rastrelli vəfat etdi və