221
Rixard Vaqner
Mənim həyatım
Riensi”nin ilk tamaşasından sonra kapelmeyster yeri boşalanda bütün nəzərlər
mənim üstümə yönəldi.
Hələ ki, danışıqılar uzanırdı, ümumu rəhbərlik istedadıma fövqəladə, eh-
tiraslı rəğbətin daha bir sübutunu göstərdi. “Uçan hollandiyalı”nın ilk tamaşası-
nın nəzərdə tutduğum kimi Berlin teatrında yox, Drezden səhnəsində baş tutma-
sı arzusu bildirilmişdi. Berlin teatrının rəhbərliyi bu münasibətdə heç bir maneə
törətmədiyi üçün həvəslə son işimi Drezden teatrına təhvil verdim. Bu operada
qəhrəman tenor üçün partiya olmadığı üçün Tixaçekdən imtina etməli oldum.
Lakin “Riensi”dəkindən daha zəngin material verilən Şreder-Devrienin dəyərli
iştirakına ümid edə bilərdim. Ona tamamilə etibar etmək çox xoş idi. Çünki o,
Riensi”nin uğurunda tam mənada iştirak edə bilmədiyi üçün incimişdi. Bunu
necə həvəslə elədiyimi şişirdilmiş, işə həddindən artıq ziyan vuran nəzakətlə ope-
radakı əsas kişi rolunu bariton Vexterə tapşıraraq sübut etdim. Bir vaxtlar o yaxşı
ifaçı idi, lakin indi demək olar ki, şikəst qalmışdı və mənim məqsədimə heç uy-
ğun gəlmirdi. Əslində, mən bu cür möhtərəm aktrisanı operanın mətni ilə tanış
edəndə onun şeirləri çox bəyənməsi mənə hədsiz zövq vermişdi. Senta rolunun
öyrənilməsi ilə bağlı tez-tez baş tutan görüşlərimizdə, onunla keçirdiyim saatlarda
xüsusi şərtlər sayəsində bu heyrətamiz, qeyri-adi qadının taleyində şəxsən ciddi
şəkildə iştirak etməli olmuşdum və bu vaxtlar haqqında xatirələrimi, sözün ciddi
mənasında həyatımın ən öyrədici səhifələrinə aid edirəm.
Böyük aktrisa Drezden üçün “Riensi” kimi möhtəşəm bir əsəri yazarkən
əsas rol üçün onu nəzərdə tutmadığıma görə özünü pərt olmuş hiss edirdi. Həmin
vaxtlar onun yanında qonaq olan anası – məşhur Sofi Şreder onu bu baxımdan
dəstəkləyir və hətta daha çox qıcıqlandırırdı. Buna baxmayaraq, onun alicənab
xasiyyəti şəxsi iradı üzərində qələbə çaldı. O, mənim “dahi” olduğumu etiraf
edir və fikrincə, yalnız dahiyə göstərilə biləcək xüsusi etimad göstərdi. Düzdür,
onun etimadı tezliklə öz təhlükəli tərəflərini də biruzə verməyə başladı. Belə ki,
bu məni onun məşum sevgi işlərində etibarlı tərəfdaşına və məsləhətçisinə çevir-
di. Əvəzində münasibətlərimiz sayəsində o, dəfələrlə ictimaiyyət qarşısında mənə
bəslədiyi simpatiyanı bəyan etmiş və məni ən yaxşı şəkildə qiymətləndirmişdi.
Əvvəlcə, onu anasının xeyrinə böyük konsert verəcəyi Leypsiqə gedərkən
müşayiət etməli oldum. Bu konserti xüsusilə cəlbedici etmək üçün o, proqrama
şəxsən mənim rəhbərliyimlə “Riensi”dən iki nömrə - Adrianonun ariyasını və Ri-
ensi duasını (sonuncu Tixaçekin ifasında səslənirdi) daxil etmişdi. Bu konsertə dost
münasibətlərində oluğu Mendelsonu da cəlb etmişdi. O bu gecədə yeni uvertürası
Rüi Blaz”a dirijorluq eləməliydi. Leypsiqdə keçən iki gün ərzində ilk dəfə Mendel-
sonla nisbətən yaxın ünsiyyətdə oldum. Əvvəllər isə münasibətlərimiz nadir, ötəri
görüşlərlə məhdudlaşırdı. Mendelson və Şreder-Devrien yeznəm Fridrix Brokhau-
zun evində çox ifalar etmişdilər. Həmçinin böyük aktrisaMendelsonunmüşaiyəti ilə