Rixard Vaqner
Mənim həyatım
222
Şubertin bir çox nəğmələrini oxumuşdu. Həmin vaxt hələ şöhrətin zirvəsində olan
gənc ustanın məni necə narahatlıq və həyəcanla müşahidə etdiyini, hətta izlədiyini
sezmişdim. Aydın idi ki, o, ümumiyyətlə, hətta Drezdendə səhnələşdirilmiş opera-
nın uğuruna böyük əhəmiyyət vermir, şübhəsiz, məni heç bir əlaqə saxlamadığı, he-
sablaşmalı olmadığı musiqiçilər sırasına daxil edirdi. Lakin mənim uğurumda ona
xarakterik və hədələyici görünən cizgilər önə çıxırdı. Mendelsonun özü uğurlu ope-
ra yazmaqdan başqa heç bir şeyi belə ehtirasla arzulamırdı. Bəlkə də bu istiqamətdə
bir iş görməyə imkan tapmamış mənim uğurumun axmaq və gözlənilməz şəkildə
onun yolunu kəsməsinə, keçməsinə, onun fikrincə, pis hesab etməyə haqqı çat-
dığı bu cür musiqinin uğuruna görə məyus olmuşdu. Dahi artist hesab etdiyi və
ona sadiq olan Şreder-Devrienin mənim xeyrimə yüksək fikirlər söyləməsi də
onu təəssüfləndirirdi. Bu şübhələr ruhumu təlatümə gətirərkən gözəl bir hadisə
gözlənilmədən gözlərimi açdı. Ümumi konsert məşqlərindən sonra Mendelsonu
evə yola salıb onunla musiqi barədə qızğın söhbət başlayanda sözlərə xəsis olan bu
adam qəfil mənim sözümü kəsdi və xüsusi həyəcanla musiqinin digər tərəfinin ol-
duğunu sübut etməyə başladı. Bu tərəf incəsənətin növlərindən güclüdür və insan-
da yaxşı hisslərlə yanaşı, ən pis hissləri, məsələn qısqanclığı da oyada bilir. Mən bu
sözləri yalnız şəxsi etiraf kimi qəbul edə bildiyim üçün onun əvəzinə qızardım. Belə
ki, ona qarşı belə bir qəbahət işlətdiyimi sanmırdım və onunla müqayisə olunmaq,
bacarıqlarımızı və xidmətlərimizi qarşı-qarşıya qoymaq fikrindən çox uzaq idim. O,
özünü bu konsertdə qəribə şəkildə nümayiş etdirdi. Bu, aramızdakı istənilən parale-
li aparmağı istisna edəcək formadan uzaq idi. Əgər o, öz
Hebriden-Ouverture”
nu ifa
etsəydi, mən öz iki opera ariyamla heç bir vəchlə onunla rəqabət apara bilməzdim.
Belə ki əsərlərimiz arasındakı fərq təkcə xarakterlərinə görə ölçüyəgəlməz idi. Lakin
görünür o, məhz opera musiqisi janrına yaxınlaşmaq və onun effektiv tərəflərini öz
xeyrinə istifadə etmək üçün “Rüi Blaz”ı seçmişdi. Deyəsən, bu uvertüra Paris tama-
şaçıları üçün bəstələnmişdi. Bunun açıq nəzərə çarpdığını və Mendelsona yaraşma-
dığını Robert Şumanın qeydindən də görmək olardı. O, Mendelsonun yanına gedib
özünə xas sadədilliklə, xoş təbəssümlə bu “gur orkestr pyesi” barədə təəccübünü
bildirmişdi.
Etiraf etməliyəm ki, həmin axşam hər ikimiz uğurlu çıxış etməmişdik. Bü-
tün səylərimiz qoca Sofi Şrederin bürger “Leneora”sını deklamasiyasının bağış-
ladığı əzəmətli təəssüratda boğulmuşdu. Mətbuatda dəfələrlə onun qızını tez-tez
konsertlər və musiqi axşamları təşkil edərək musiqi ilə heç vaxt heç bir ortaq nöqtəsi
olmayan anası üçün tamaşaçılardan güclə benefis qoparmaqda günahlandırırdılar.
Lakin biz musiqili pyeslərin zavallı yazarları əsl avaralar, miskin hoqqabazlar kimi
bu dişsiz, yüksək istedadlı və adamı dəhşətə gətirən gözəlliyə malik, təsvirolunmaz
alicənablıqla bürger şeirləri oxuyan qadının ətrafına yığışmışdıq. Bu və bir neçə gün
ərzində yaşadıqlarım mənə fikir və hiss üçün xeyli material verdi.