223
Rixard Vaqner
Mənim həyatım
136
Şreder-Devrienlə ikinci səfərimizi həmin ilin dekabrında Berlinə etdik. O,
böyük saray konsertində iştirak üçün dəvət olunmuşdu. Mən isə bu səfərdən te-
atr intendantı Küstnerlə görüşüb “Uçan hollandiyalı”nın səhnələşdirilməsi barədə
danışıqlar aparmaq üçün istifadə etmək niyyətində idim. Bu dəfə şəxsi işimdə heç
bir nəticəyə gələ bilmədim. Lakin, əvəzində burada Ferens Listlə görüşdüm və
mənim böyük marağıma səbəb olan bu görüş, gələcəyim üçün heç nə ilə müqayisə
olunmayan əhəmiyyət daşıyırdı. Görüş xüsusi şərtlərdə baş tutmuşdu və hər iki-
miz özümüzü narahat hiss edirdik. Bu şəraiti Şreder-Devrien yaratmışdı və görü-
şümüz onun qayğısız şən, şıltaq zarafatlarının bəhrəsi idi.
Artıq bir dəfə himayədarıma Listlə əvvəlki görüşüm barədə danışmışdım.
Parisdə keçirdiyim ikinci ilin qışında, özümü Şlezingerin ədəbi işlərindən gələn
gəlirlə bir təhər dolandıra bilib xoşbəxt hiss etdiyim vaxtlarda həmişə qeydimə qa-
lan Laubedən bir xəbər almışdım. Mənim barəmdə danışdığı və tövsiyə etdiyi List
Parisə gəlibmiş. Laube fürsəti əldən verməməyi və onunla tanış olmağı məsləhət
görürdü. Çünki List “ürəyiaçıqdır” və yəqin ki, mənə kömək etmək istəyəcək. Mən
qəbul olunmuşdum və salonda bir neçə nəfərlə qarşılaşmışdım. Sonra xoşrəftar və
söhbətcil List də gəldi. Listin son Macarıstan səfəri barədə fransız dilində canlı
söhbət başladı və mən bu söhbətdə iştirak edə bilmədim. Doğrusu, List nəzakətlə
mənə necə yardımçı ola biləcəyini soruşanda artıq darıxmağa başlamışdım. Gö-
rünür, o, Laubenin tövsiyəsini heç xatırlamırdı və mən yalnız onunla tanış olmaq
istədiyimi dedim ki, Listin buna bir etirazı yox idi. O, söz verdi ki, növbəti bö-
yük
matinee
üçün mənə bilet göndərməyi unutmayacaq. Onunla incəsənətlə bağlı
söhbət etmək cəhdlərim isə yalnız Şubertin
Erlkonig”
indən başqa Lovenin həmin
mövzuda balladası ilə tanış olub-olmadığını soruşmağımla məhdudlaşdı. List
rədd cavabı verdi və bununla da söhbətimiz bitdi. Gedəndə ünvanımı qoydum və
tezliklə onun katibi nəzakətli bir məktubla sənətkarın müstəsna iştirakı ilə keçəcək
Salle Erard
a bilet göndərdi. Zal dolu idi, konsert royalının yerləşdiyi tribuna Paris
cəmiyyətinin qaymaqları olan xanımlardan ibarət sıx dairə ilə əhatə olunmuşdu.
Mən bütün dünyanı heyrətləndirən virtuozun şəninə səslənən alqışlarda iştirak
etdim, bir sıra möhtəşəm pyesləri, məsələn, onun “Robert-İblis” mövzusunda fan-
taziyasını dinlədim, evə qayıdanda isə qəlbimdə yalnız bir təəssürat qalmışdı: qu-
lağım batmışdı. Bu daxili meyllərimə baxmayaraq hələ də gəzib dolandığım yol-
dan çıxdığım, sakit kədər və gizli qərarlılıqla üz döndərdiyim vaxt idi. Həmin vaxt
dolğun gün işığı altında parıldayan bir hadisəni layiqincə dəyərləndirə bilməzdim
və ondan aralanıb sakitcə gecənin qaranlığına çəkilmişdim. Bir daha Listi ziyarət
etməmişdim.