Rixard Vaqner
Mənim həyatım
224
137
Mən bütün bunları təsadüfən və sadəliklə Şreder-Devrinə danışmışdım, o isə,
danışdıqlarımla onun artistik qısqanclığına toxunduğumdan buna xüsusi həvəslə
yanaşmışdı. List də Prussiya kralı tərəfindən böyük saray konsertinə dəvət olun-
duğu üçün elə alınmışdı ki, ilk görüşlərindən birində List Devriendən “Riensi”nin
böyük uğuru barədə soruşmuşdu. Şreder-Devrien Listin “Riensi”nin müəllifi
barədə heç bir təsəvvürünün olmadığını görən kimi, onu uzaqgörənliyinin olma-
masında günahlandırmış və indi maraqla sorğu-sual etdiyi bəstəkarla məhz bir
vaxtlar Parisdə “təkəbbürlə rəftar etdiyi həmin zavallı musiqiçi” olduğunu demiş-
di. Devrien qalib ədası ilə bunu mənə danışdı və böyük təəssüflə onda buraxdığım
təəssüratı münasib üsulla düzəltməli oldum. Biz buməsələni aydınlaşdırana qədər
qonşu otaqda Donna Annanın intiqam ariyasına orkestr müşayiətinin oktavalar-
da və çox sürətli tempdə royalda ifa edilən məşhur passajı səsləndi. “Budur, özü
də gəldi!” - Şreder-Devrien qışqırdı və List onu konsertin məşqinə ötürmək üçün
otağa daxil oldu. O, böyük çaşqınlığıma səbəb olan şəkildə, acıqlı sevinclə məni
Riensi”nin bəstəkarı kimi təqdim etdi. Guya List indi mənimlə tanış olmağa can
atsa da, bir vaxtlar möhtəşəm Parisdə mənə qapını göstəribmiş. Himayədarımın
əlbəttə, zarafat xatirinə - əvvəlki ziyarətim barədə danışdıqlarımı təhrif etdiyinə
inandırmaq cəhdlərim deyəsən Listi sakitləşdirmişdi. Lakin kiminsə ondan pis
rəftar gördüyündən şikayət etmək üçün əsasının olması ehtimalı onu incidir və
qorxudurdu. Listin aramızdakı anlaşılmazlıq barədə danışarkən səmimiyyəti və
sadəliyi, xüsusilə, hövsələsiz qadının coşğun sataşmaları ilə yanaşı mənə xoş və
sakitləşdirici təsir göstərirdi. Xanımın amansız ironik iradlarınının öhdəsindən
gəlmək tərzi mənim üçün yeni bir şey idi və onun mükəmməl tərbiyəli və öz kor-
rekt davranışına əmin olan humanist bir insan olduğunu sübut edirdi. Nəhayət,
Devrien onun yaxınlarda Köniqsberq universitetindən aldığı doktor diplomunu
ələ salmağa başladı və qəsdən lağ edərək titulunu “əczaçı” adlandırdı. List onun
bütün rişxəndlərinə cavab olaraq üzüqoyulu döşəməyə uzanıb acizliyini nüma-
yiş etdirdi və mərhəmət istədi. O gedəndə yenidən mənə müraciət etdi və bütün
səmimiyyəti ilə “Riensi”yə qulaq asmağa, ən azından hadisələrin uğursuz axını
nəticəsində yaranan təəssüratları düzəltməyə və məndə özü barədə ən yaxşı fi-
kir yaratmağa çalışacağını bildirdi. Bununla da, biz ayrıldıq. Bu görüşdə List
mənə böyük, məsum sadəliyi və hər sözün qüsursuz xitabı, ifadələrində sezilən
və həmsöhbətini ələ alan alicənablıq çaları ilə xüsusən güclü təsir bağışladı. Bu
ona yaxınlaşanların təslim olduğu ovsunu aydınlaşdırırdı. O vaxta qədər bunun
səbəbləri barədə yanlış təsəvvürüm var imiş.