225
Rixard Vaqner
Mənim həyatım
138
Leypsiqə və Berlinə iki səfər “Uçan hollandiyalı”nı öyrənməyə sərf olunan
məşqlərarası qısa fasilədə baş verdi. Bu cəhətdən mənə Şreder-Devrienin öz ro-
luna qızğın marağını qorumaq vacib idi. Çünki qalan iştirakçı heyətin zəifliyində
yalnız ondan əsərimin ruhuna uyğun ifa gözləyə biləcəyimi yaxşı dərk edirdim.
Bundan başqa, Senta rolu ona həqiqətən uyğun idi və digər xüsusi şərtlər
də bu ehtiraslı qadındakı fövqəladə şövqü dəstəkləyirdi. Məsələ burasındadır ki,
onun etibarlı adamı kimi öyrənmişdim ki, o, həmin vaxt ciddi, səmimi qəlbdən
özünə bağlı və hələ çox gənc oğlanla - keçmiş xalq maarifi naziri Müllerin oğlu,
kral qvardiyasının leytenantı ilə - uzunillik münasibətlərini bitirməyə hazırlaşır
və həvəslə digər, əslində ona daha az uyğun gələn adamla münasibət qurmağa
can atır. Görünür, onun yeni seçimi Berlində tanış olduğu fon Münhauzen adlı bir
cənab idi. O da gənc, hündür və qamətli adam idi və müşahidələrimə görə dos-
tumun zövqünə tam uyğun gəlirdi. Deyəsən, bu məsələdə mənə bəslədiyi qızğın
etimad ona əziyyət verən vicdan əzabından asılı idi. O, başa düşürdü ki, yaxşı
keyfiyyətlərini dəyərləndirərək mənim də dost münasibətləri qurduğum Müller
onu ilk məhəbbət ehtirası ilə sevir və indi o, sevgilisinə ən nankor şəkildə, miskin
bəhanələrlə xəyanət edirdi. Görünür, o özü də yaxşı başa düşürdü ki, yeni məşuqu
ona heç layiq deyil və bu kişinin yalnız yüngül və eqoist xasiyyətdən irəli gələn
meylləri var. Ona görə Devrien bilirdi ki, ətrafındakıların, xüsusilə, onu yaxşı ta-
nıyan köhnə dostlarının heç biri bu davranışı təqdir etməyəcək. Mənə isə inanır
və dəstək gözləyirdi. Çünki açıq etiraflarından çıxış eləsək, o məni dahi hesab edir
və onun təbiətini, meyllərinin faciəvi gücünü anlayacağıma ümid edirdi. Əlbəttə,
mən bu halda özümü bir az qəribə hiss edirdim. Mən həm bu meylə, həm də
meylin predmetinə antipatiya bəsləyirdim. Təəccüblü olsa da, məndə dərin ikrah
doğuran, lakin bu qeyri-adi qadını dəhşətli güclə əsir alan ehtiras, mərhəmətimə
səbəb olurdu və mən ona kömək etməyə bilmirdim. O, solğun, dilxor gəzir, demək
olar yemirdi, elə gərgin idi ki, onu qaçılmaz fəlakətin, ağır, bəlkə də ölümcül
xəstəliyin gözlədiyini düşünürdüm. Bir müddət sonra o, yuxusuzluğa da düçar
oldu və hər dəfə əlimdə bəxtsiz “Uçan hollandiyalı” ilə onun yanına gələndə,
onun görünüşü məni o qədər qorxudurdu ki, gəlişimin məqsədini unudurdum.
Lakin o, hər dəfə məni saxlayır, fortepiano arxasına otuzdurur və məhv olmaqdan,
ölümdən xilasedici vasitə kimi rolundan yapışırdı. Yeni partiyanın öyrənilməsi
onsuz da çətin idi və yalnız davamlı, mütəmadi məşqlər ona yeni musiqili rolun
öhdəsindən gəlməyə kömək olacaqdı. O saatlarla elə ehtiraslı inadla oxuyurdu ki,
mən qorxaraq yerimdən sıçrayır və ona, gücünə rəhm etməsi üçün yalvarırdım.
Onda Devrien, gülərək sinəsini göstərir, hələ də gözəl qalmış bədənini dartışdırıb