Rixard Vaqner
Mənim həyatım
226
mübarizə aparmağa qadir olduğunu nümayiş etdirirdi. Əslində, həmin dövrdə
onun səsi hətta bir qədər yeniyetmə təzəlik, yorulmaz güc qazanmışdı. Bu isə məni
heyrətləndirirdi və nə qədər qəribə olsa da, qəlbimin dərinliklərində o yöndəmsiz,
miskin adama bəslədiyi bu absurd ehtirasın mənim Sentamın xeyrinə olacağını
dərk edirdim. Gərgin, əsəbi qadının yorulmazlığı o qədər böyük idi ki, tələsməyə
ehtiyac duyduğumdan və ləngimələr mənə sərf etmədiyindən, o hətta özünə belə
zərər vermədən son əsas məşqi ilk tamaşa gününə təyin etməyə razılıq vermişdi.
Tamaşa yanvarın 2-si, 1843-cü ildə baş tutdu. Operanın uğuru mənim üçün
öyrədici oldu və sonrakı fəaliyyətimin dəyişməsi üçün giriş rolunu oynadı. Əvvəlcə
ümumilikdə uğursuz adlandıra biləcəyim tamaşa gələcək fəaliyyətimdə operalar-
da yaxşı dramatik qüvvələrin iştirakını təmin etməli olduğumu anlatdı. O vaxta
qədər partituranın öz əvəzinə danışdığını və ifaçıların mütləq mənə lazım olan
şəkildə ifa etməli olduqlarını düşünürdüm. Lakin köhnə dostum – Henrietta Zon-
taqın ilk məşhurluğu dövründə parlaq Seviliya bərbəri olan Vexter, qeyd etdiyim
kimi, öz mütəvazi gücünə görə, başqa fikirdə idi. Onun dəhşətli iztirab çəkən gəmi
səyahətçisi rolunun öhdəsindən gələ bilməməsi, Şreder-Devrienin gözünə gec –
yalnız səhnədəki məşqlər başlayanda sataşdı. Vexterin köklüyü, girdə, enli sifəti,
budaq kimi yöndəmsiz şəkildə yellənən əllərinin və ayaqlarının qəribə hərəkətləri
ehtiraslı Sentanı məyus edirdi. Bir dəfə, Sentanın mübaliğəli təsəlli sözləri deyərək
qoruyucumələk kimi ona yaxınlaşdığı ikinci pərdənin böyük səhnə məşqində, Şre-
der-Devrien qəfil sözünü yarıda kəsdi və təəssüflə qulağıma pıçıldadı: “Bu balaca
gözlərə baxanda özünü nəyəsə məcbur etmək olarmı? Aman Allah, Vaqner, siz nə
etmisiniz?”Ona bacardığımkimi təsəlli verir və gizlincə, tamaşa günü parterdə Şre-
der-Devrienin onu görəcəyi bir yerdə oturmağa söz verən cənab fon Münhauzenə
ümid bəsləyirdim. Həqiqətən, böyük aktrisa sanki səhralıqda tək oynayır, opera
heyətindən dəstək görmədən, öz istedadının hesabına teatrı arxasınca apararaq
tamaşaçılarda qızğın həvəs oyada bilmişdi. İlk pərdə, Vexterlə “Riensi”nin ilk ta-
maşası günü məni bir stəkan şəraba qonaq edən Risse arasında darıxdırıcı söhbət
təsiri bağışlamışdı. Üçüncü pərdədə orkestrin gurultusu səhnədəki dənizi sakit
vəziyyətdən çıxarıb ehtiyatla quraşdırılmış xəyalət gəmini yerindən tərpənməyə
məcbur edə bilməmişdi. Tamaşaçılar hər pərdəsində maraqlı hadisələr baş verən,
Tixaçekin yeni parlaq kostyumlarını nümayiş etdirdiyi “Riensi”dən sonra bu cür
kasıb və darıxdırıcı əsər təklif etməyimə məəttəl qalmışdı.
139
Şreder-Devrien kifayət qədər uzun müddət Drezden səhnəsini tərk etmədiyi
üçün “Uçan hollandiyalı” cəmi dörd dəfə tamaşaya qoyulmuşdu. Azalan tamaşaçı