227
Rixard Vaqner
Mənim həyatım
axını bu dəfə drezdenliləri məmnun edə bilməməyimdən xəbər verirdi. Adımın
şöhrətini qorumaq istəyən rəhbərlik “Riensi”yə qayıtmağa məcbur oldu və digər
operamın müvvəffəqiyyətsiliyi mənə düşünmək üçün çoxlu əsas verdi. Təəssüflə
etiraf etməliydim ki, bir tərəfdən “Uçan hollandiyalı”nın səhnələşdirilməsində
böyük xətalara yol vermişdimsə, digər tərəfdən “Riensi”nin uğuru aktyorların
müvafiq düzgün ifasına əsaslanmırdı. Vexter ifaçı kimi “Uçan hollandiyalı”ya heç
uyğun gəlmirdi, lakin yaxşı dərk edirdim ki, Tixaçek də Riensidəki ağır xasiyyətli
rolunun öhdəsindən gəlmək iqtidarında deyildi. Onun oyununda daima kobud
səhvlər və çatışmazlıqlar görürdüm. Tixaçek Riensinin təbiətindəki qaranlıq, de-
monik başlanğıcı – bunu operanın xarakterik, həlledici anlarında kəskin vurğula-
mışdım – heç saymırdı. Onun Riensisi daima qələbəyə sevinən qəhrəman-tenor
olaraq qalırdı ki, dördüncü pərdədə-sürgündən dönəndən sonra daha miskin
şəkildə, fağır-fağır diz üstə çöküb lirik itaətlə taleyinə boyun əysin. Riensinin
mənim ideyama uyğun – mənəvi cəhətdən özünü toplamış və məğlubedilməz
xasiyyəti əvəzinə, o “öz konsepsiyası”nı irəli sürürdü. Bununla da, dördüncü
pərdənin effektli finalını təmin edir və heç nəyi dəyişmək istəmədən qətiyyətlə
dediyinin üstündə dururdu. “Riensi”nin uğurunun səbəbləri barədə düşünəndə
mən belə bir nəticəyə gəlmişdim ki, bu uğura görə, əvvəla, ifaçının möhtəşəm,
fövqəladə xoş səsinə, ikincisi, xor ansambllarının təravətləndirici təsirinə, üçün-
cüsü isə, səhnə hadisələrinin tez-tez dəyişməsinə borclu idim. Lakin biz opera-
nı iki hissəyə böləndə xüsusilə, bəlağətli göstəriş almışdım. Məlum olmuşdu ki,
həm musiqili, həm də dramatik cəhətdən daha əhəmiyyətli ikinci hissə tamaşa-
çıları daha az cəlb edirdi. Hamı etiraf edirdi ki, bunun əsas səbəbi birinci hissəyə
daxil olan balet idi. Leypsiqdən “Riensi”nin tamaşalarından birinə gələn qarda-
şım Yulius bu cəlbedici məqamı daha sadədilliklə qeyd etmişdi. Onunla açıq lo-
jada bütün tamaşaçıların gözü önündə oturduğum üçün hətta ifaçılara aid hər
cür razılıq ifadəsi göstərməyini qadağan etmişdim. Bütün axşam ərzində o, al-
qışlamamaq üçün özünü saxlasa da, yalnız baletin bir yerində dözməmişdi. O,
elə həvəslənmişdi ki, heyranlıq hissini gizlədə bilmədiyini bəhanə gətirərək audi-
toriya ilə birlikdə alqışlamağa başlamışdı. Maraqlıdır ki, Berlində ümumiyyətlə,
laqeyd qarşılanan “Riensi” məhz balet hissəsinə görə Prussiya kralının möhkəm
simpatiyasını qazanmışdı. Uzun illər sonra o, operanın bərpa olunmasını isətmişdi.
Hərçənd, artıq opera dramatik məzmunu ilə tamaşaçıların xoşuna gələ bilməzdi.
Nəticədə, onu Darmştadtda eşidəndə əmin oldum ki, onun ən yaxşı musiqili
hissələri inanılmaz şəkildə ixtisara salınsa da, balet həm bütöv qalmış, həm də
təkrarlar və yeni anlarla genişləndirilmişdi. Lakin bu baletin, Riqada bir neçə gün
ərzində, ilhamsız, ikrah doğuran tələsikliklə yazılan musiqisi xüsusilə zəif idi. O
qədər zəif idi ki, onun ən yaxşı hissəsini, faciəli pantiomimanı çıxarmalı olanda
razılıqla utanmışdım. Bundan başqa, baletimin qalıqlarının antik döyüş oyunla-