Rixard Vaqner
Mənim həyatım
228
rına uyğun qaydalarla və ciddi xor rəqslərinə müvafiq (sonradan məhz Berlində
olduğu kimi) səhnə-ləşdirilməsi üçün Drezdendə xoreoqrafik vasitələrin azlığı-
na görə ən utancverici şəkildə belə bir şeylə kifayətlənməli olmuşdum. İki bala-
ca rəqqasə bir müddət səhnədə yöndəmsiz rəqs hərəkətləri icra edir, sonra əsgər
bölüyü gəlir, qalxanlarını başlarının üstünə qaldırıb bir növ dam yaradırdılar. Bu
qədim Roma “Testudo”suna eyham vurmalı idi. Dəri rəngli triko geynmiş balet-
meyster və köməkçisi bu dama çıxıb hoppanır, bir neçə dəfə növbələşərək başı
üstə dururlar. Bununla Qədim Roma qladiatorlarının oyunlarını əks etdirdiklərini
düşünürdülər. Məhz burada tamaşaçıların böyük heyranlıq bəslədiyi an gəlirdi.
Mən hər dəfə dərk edirdim ki, uğurumu bu hissəyə borcluyam.
140
Beləliklə, get-gedə artan əmniyyətlə, istək və səylərimin səhnə uğurlarından
köklü şəkildə haçalandığını anlayır, eyni zamanda, hadisələrin gedişatı qarşısıa-
lınmaz güclə məni Drezden kapelmeysteri vəzifəsini qəbul etməyə vadar edir və
bununla da, bir vaxtlar bədbəxt evililiyimin sövq etdiyi kimi yenidən çox təhlükəli
yola itələnərdim. Bu barədə danışıqlar zamanı istənilən mübaliğədən uzaq, məlum
inadcıllıq aşkarlayırdım. Teatr həyatının mahiyyətinə nifrətim hədsiz idi və sa-
ray teatrlarının idarə üsulu ilə yaxından tanışlıq da bu hissi azaltmadı. Burada da
hər şey, zahiri nəcibliklə, teatr həyatının biabırçı tərəflərinin nümayişkar parıltı
sayəsində kobud şəkildə ört-basdır edilməsi ilə əlaqəli idi. Bu şərtlərdə insanın
teatra aid ən yaxşı və təmiz istəkləri məhv olurdu və ümumilikdə, hər şey əsaslı
bürokratik aparat çərçivəsində şöhrətpərəst və yüngül maraqlardan ibarət idi. Ay-
dındır ki, bu mühitə girmək mənə son dərəcə mənfur bir şey kimi görünürdü və
Rastrelli vəfat edəndə, Drezdendə mənim üçün vicdanımın səsinə xəyanət etməyə
cəlb edən şərait yarananda, yaxınlarıma, sınanmış dostlarıma elan etdim ki, boş
qalan yeri tutmaq niyyətim yoxdur.
Amma bu qərara qarşı insan iradəsinə təsir edə biləcək hər şey birləşdi.
Əvvəla, özümü maddi cəhətdən möhkəm, əhəmiyyətli mövqe ilə təmin etməyin
cazibəsi tiranik gücünü göstərdi. Opera kompozisiyalarımın uğuruna arxalana-
raq bu istəklə mübarizə aparırdım. Ümid edirdim ki, təvazökar tələbatlarımız ol-
duğu üçün gəlirim arvadımla birlikdə iki otaqda yaşayıb sakitcə işləməyə imkan
verəcək. Lakin mənə etiraz edirdilər ki, məhz gələcəkdə dinc fəaliyyət göstərmək
üçün bütün vaxtımı almayacaq vəzifə lazımdır. Dəlil kimi “Uçan hollandiyalı”nı
tamamladığım vaxtdan keçən bir il ərzində iş üçün vacib olan rahatlığı da itirdi-
yimi söyləyirdilər. Lakin qəti qərar vermişdim ki, mərhum Rastrellinin tutduğu
kapelmeyster vəzifəsinə tabe olan muzikdirektorluk mənə layiq deyil və bunu