229
Rixard Vaqner
Mənim həyatım
ümumi rəhbərliyə son qərarım olaraq bildirmişdim. Onlar bu vəzifəyə yeni adam
axtarmalı olmuşdular. Amma mövzu barədə söhbətlər bitəndə məlum olmuşdu
ki, kral kapelmeysteri Morlakinin yaxınlardakı vəfatından sonra onun vəzifəsi də
hələlik boş qalmışdı və yəqin, kral məni bu vəzifədə görməyi arzulayacaqdı. Alma-
niyada bu vəzifə, xüsusilə, kralın himayədarlığında olduğundan çox vacib hesab
edilirdi. Bu mövqenin “sanbalı” və ömürlük möhkəmliyi hər bir alman musiqiçi-
sinin arzularının predmeti, dünyəvi rahatlıq tacı idi. Əbəs deyil ki, bütün bunlar
xeyirxah arvadımın da başını gicəlləndirdi. Mənə hər tərəfdən diqqət göstərməyə
başladılar, cəmiyyətdə indiyə qədər əldə edə bilmədiyimiz əlaqələr və tanışlıqlar
yarandı, özü də bu dəfə bizə qarşı dözüm yox, hörmət də bəslədiklərini görəndə
soyuq yuvamız isinməyə başladı. Ağır sərgərdanlıq illərində məni bürüyən oturaq
həyat həsrəti, fəxri kral himayədarlığı altında sakit, möhkəmmövqe istəyi yenidən
özünü göstərdi. Əhvalımın yumşalmasına xüsusilə Karl Mariya fon Veberin dul
qalmış xanımı, lütfkar Karolina güclü təsir göstərmişdi. Daha onun evini tez-tez
ziyarət edirdim və onunla ünsiyyət çox sevdiyim bəstəkar haqqında xatirələrə görə
çox əziz idi. O, səmimi qəlbdən məni əlimə düşən fürsətdən imtina etməməyə və
inandırmağa çalışırdı. O, deyirdi ki, məndən Drezdendə ərinin ölümündən sonra
pis vəziyyətə düşən və boş qalan vəzifəyə keçməyi tələb etməyə haqqının çatdı-
ğını düşünür. “Bir özünüz düşünün, – deyirdi, - ərimlə görüşəndə, onun bütün
ömrünü həsr etdiyi işin məhz çalışdığı yerdə boş buraxıldığını deməli olacam. Bir
vaxtlar həvəsli, ilhamlı Veberin olduğu yerdə tənbəl Reysigeri görməyin nə qədər
ağır olduğunu düşünün. Onun operalarının ildən-ilə pis ifa olduğunu görmək çox
ağırdır. Əgər Veberi sevirsinizsə, onun xatirəsinə həmin vəzifəni tutmalı və işini
davam etdirməlisiniz.” Bu qadın məsələnin praktik cəhətini də enerjili şəkildə an-
ladırdı. O, mənə bildirirdi ki, arvadımın qeydinə qalmalıyam. Çünki təklif olunan
vəzifəni qəbul etsəm, arvadım mən öləndə maddi vəsaitsiz qalmayacaq.
141
Tutarlı mülahizələrdən və ürəyimlə ağlımın motivlərindən daha əhəmiyyətli
bir şey öz gücümə heç vaxt tükənməyən inamım idi. Tale məni hara atsa – bu hal-
da yəqin Drezdenə - köhnəliklə mübarizə aparmağa, ənənəviliyə qalib gəlməyə,
görülməmiş şeylərə can qoymaq üçün güc və imkan tapacağıma şövqlü inam
məni tərk etmirdi. Mən bütün məsələnin insanda, onun məhv olan şeyləri yenidən
dirçəltmək istəyində olduğunu hesab edirdim. Bir qədər səy göstərərək incəsənətə
mütləq yaxşı təsir göstərəcəyimi, onu rüsvayçılıq zəncirlərindən xilas edəcəyimi
düşünürdüm. Taleyimdəki heyrətamiz ciddi dönüş mənim inamımı dəstəkləyir,
baş direktor fon Lütihaunun kəskin dəyişməsi isə yeni yola çıxmağa cəlb edirdi.