Rixard Vaqner
Mənim həyatım
230
Bu qəribə adam mənə qarşı elə mehribanlıq göstərmişdi ki, əvvəllər onun buna
qadir olduğunu düşünməzdim. Lakin onun şəxsi rəğbətindən əmin olmaya bil-
mirdim və bu əminlik, hətta sonralar aramızda daimi fikir ayrılıqları olsa da, sar-
sılmamışdı. Buna baxmayaraq, razılığı qəfil təlaşlı bir anda vermişdim. 2 fevral
1843-
cü ildə rəhbərliyin bürosuna gəlib dəvəti qəbul edib gedəndə, kral kapellası-
nın bütün ümumi qərargahının da orada olduğunu görmüşdüm. Sədr fon Lütihau
teatrın katibi, mənim unudulmaz dostum Vinklerə kral reskriptini mənə təhvil
verməyi təklif etdi. Buna əsasən mən Əlahəzrətin kapelmeysteri olurdum və ömür
boyu ildə 1500 talerlik təminat alacaqdım. Fon Lütihau reskripti oxuyandan sonra
nitq söylədi və mənim monarxın lütfünü minnətdarlıqla qəbul edəcəyimdən əmin
olduğunu bildirdi. Aydın idi ki, bu təntənə mənim maaşın ölçüsü barədə məsələ
qaldırmaq imkanımı əlimdən almağa hesablanmışdı. Digər tərəfdən, mənim boy-
numa, qaydalara uyğun olaraq bir vaxtlar Veberdə olduğu kimi, bir il maaşsız kral
muzikdirektoru vəzifəsində sınaq müddəti keçmək öhdəliyini qoymamışdılar.
Əlbəttə, mənim üçün bu istisnanı edərək yalnız bir şeyə səy göstərirdilər: sakitcə
digər şeylərlə razılaşmağa vadar etmək. Yeni kolleqalarım məni dərhal təbrik
etdilər, fon Lütihau isə dostyana söhbət edərək məni evimin qapılarına qədər ötür-
dü. Burada sevincdən dəli olmuş zavallı arvadımın qucağına düşdüm və yalnız
həmin an hər şeyin bitdiyini anladım. Daha özüm də yalandan bu təyinata çox
şad olduğumu, təəssüflənmədiyimi göstərməli, kral kapelmeysteri kimi təbrikləri
qəbul etməli idim.
Təntənəli iclasda kralın xidmətkarı kimi and içdim. Kralın baş direktoru
hərarətli ifadələrlə məni toplanmış musiqi kapellasına təqdim etdi və bir neçə
gün sonra Əlahəzrətin qəbuluna düşdüm. Bu xeyirxah, nəzakətli və sadə rəftarlı
monarxın üz cizgilərinə baxanda qeyri-ixtiyari yeniyetmə çağlarımda cızma-qa-
ra elədiyim “Fridrix və Azadlıq”ı xatırladım. Bizim bir az gərgin söhbətimiz kral
Drezdendə səhnələşdirilmiş iki operam barədə razılığını bildirən kimi canlan-
dı. Musiqili dramlarımda istədiyi yeganə şey, özünün də dostca və mütərəddid
şəkildə dediyi kimi, ayrı-ayrı fiqurların bir qədər qabarıq xarakteristikasının olma-
masıydı. O, hesab edirdi ki, təbii güc elementi fərdləri və onlara marağı üstələyirdi:
Riensi”də - xalq, “Uçan hollandiyalı”da - dəniz. Məncə, onu yaxşı anlamışdım
və bunu, həm onun mənə ciddi diqqətinin, mühakimələrinin orijinallığının sübu-
tu kimi qəbul edib sevinirdim. Bundan başqa o, əvvəlcədən operalarımı tez-tez
dinləmək imkanının olmayacağına görə üzr istədi. Ümumiyyətlə, teatrı ziyarət
etməyi sevmirdi. Bu, onun tərbiyəsindəki səhvin nəticəsi idi. Onu və qardaşı İo-
hanı uzun müddət sistematik şəkildə tamaşalara getməyə məcbur edirdilər. Lakin
dediyinə görə, bu vaxt ərzində etiketdən uzaq, özünün seçdiyi bir şeylə məşğul
olmağı üstün tutardı. Saray psixologiyasına məxsus cizgi kimi qeyd edim ki, gö-
rüş zamanı qəbul otağında gözləməli olan fon Lütihau dözməyib söhbətimizin