231
Rixard Vaqner
Mənim həyatım
uzunluğuna narazılığını bildirdi. Bundan sonra kralla daha bir dəfə, onun üçün
Riensi”nin klaviraussuqunu aparanda görüşüb söhbət edə bildim, ikinci dəfə isə
o, gəzintidə hər kəsin qarşısında məni saxlayıb məni Qlükün “Avlidada” əsərinin
uğurla yenidən işlənib səhnələşdirməsinə görə təbrik edərkən (bu bəstəkarın ope-
ralarını xüsusilə bəyənirdi) görüşdük.
142
Bu ilk qəbul Drezden uğurumun kulminasiya nöqtəsi idi. Sonra yenidən qay-
ğı zolağı başladı. Tezliklə maddi çətinliklər baş qaldırdı. Məlum oldu ki, gəlirlərim,
qazandığım ictimai mövqe ilə bağlı yeni vəzifələrə və xərclərə uyğun gəlmir. Riqa-
da izi-tozu qalmadan yoxa çıxmış gənc muzikdirektor qəfil Drezdendə ənmöcüzəli
şəkildə, Saksoniya kral kapelmeysteri kimi üzə çıxdı. İctimai diqqətin və marağın
ilk nəticəsi,
əvvəla,
çətinliklə və güclə yaxamı qurtardığım köniqsberqli kreditor-
ları xatırlatmaları, təhdidləri və təqibləri idi. Bundan başqa,
keçmişdə, tələbəlik,
hətta gimnaziya illərindən mənə hansısa tələbləri olanların da məhz indi iddia
irəli sürməsi məni çox təəccübləndirirdi. Mənə elə gəlirdi ki, bu yaxınlarda dayəm
də əlində hesabı ilə peyda olacaq. Hamısı birlikdə elə də böyük məbləğ deyildi
və o vaxt gəzən bədnam şayiələrə baxmayaraq, Şreder-Devriendən faizlə götür-
düyüm 1000 taler bütün borclarımı ödəməyə kifayət etdi. Mən həm bu borclarımı
ödədim, həm də Kittsin Paris günlərində qaytarmaq şərti olmadan verdiyi pulları
da qaytardım, üstəgəl, bu zaman ona dost yardımı da göstərə bildim. Lakin həmin
vaxt başqa gəlir mənbəyim yox idi, o qədər pis vəziyyətdə idm ki, operaya görə
qonorar almaq üçün Şreder-Devrieni “Uçan hollandiyalı”nın səhnələşdirilməsi
üçün tələsdirirdim. Kral kapelmeysteri adına layiq şərait qurmaq üçün mənə heç
bir məbləğ ayrılmamışdı. Hətta baha və yöndəmsiz uniformanın hazırlanma-
sına çəkdiyim xərcləri ödəmək fikirləri də yox idi. Aydın idi ki, heç bir maddi
vəsait olmadığı üçün faizə pul götürmədən bir tədbir görmək mümkün deyildi.
Riensi”nin Drezdendə qeyri-adi uğurunun şahidi olan hər kəs inanırdı ki, bu ope-
ra tezliklə bütün alman səhnələrinə yayılacaq və mənə böyük gəlir gətirəcək. Öz
qohumlarım, hətta ağıllı Ottiliya belə bundan o qədər əmin idilər ki, vəziyyətimin
teatr xəzinəsindən gələn pullarla yaxşılaşacağına inanırdılar. Həqiqətən, əvvəllər
işlər yaxşı gedirdi. “Uçan hollandiyalı”nı Kasseldəki kral teatrına və çox yaxşı ta-
nıdığım Riqa teatrına sifariş vermişdilər. Orada mənim əsərlərimdən birini tələsik
səhnələşdirmək istəyirdilər. Şayiələrə
görə isə yeni operamın həcmi “Riensi”dən
daha kiçikdi və səhnələşdirmək üçün daha sadə idi. 1843-cü ilin mayında “Uçan
hollandiyalı”nın hər iki şəhərdəki uğuru barədə xəbərlər eşitdim. Amma hər şey
elə bununla məhdudlaşdı. Düz bir il keçdi və bu vaxt ərzində mənə bu və ya