Rixard Vaqner
Mənim həyatım
232
digər partitura üçün müraciət gəlmədi. “Uçan hollandiyalı”nın klaviraussuqunun
nəşrindən (“Riensi”nin uğurlarına ümid edərək bunu gələcək üçün saxlayır və
uyğun anı gözləyirdim) gəlir əldə etmək cəhdim Leypsiqdə operanı çap etməyə
həvəslə razılaşan, lakin qonorar ödəməkdən imtina edən Hertellərin müqaviməti
ilə puç oldu.
143
Beləliklə, sadəcə uğurumun fantastik tərəflərindən – drezdenlilər arasında
şübhəsiz, məşhurluq, hörmət və diqqət görürdüm - zövq almaqla kifayətlənməli
oldum. Tezliklə bu sahədə də arkadik yuxumun sonu gəldi. Məncə, Drezdendəki
çıxışım yerli jurnal tənqidinin yeni erasının əsasını qoydu. Mənə və mənim uğuru-
ma qarşı qəzəbli çıxışlarında öz zəif güclərinin inkişafı üçün səbəb əldə eləmişdilər.
Artıq adlarını çəkdiyim K.Bank və İ.Şladebax məhz bu vaxt Drezdendə möhkəmcə
yerləşmişdilər. Həmçinin Bank üçün bu baxımdan bəzi maneələrin yarandığını və
həmin maneələrin də yalnız kolleqam Reysigerin havadarlığı və dəstəyi ilə aradan
qaldırıldığını bilirdim. “Riensi”nin uğuru Drezdenin daimi musiqi tənqidçisi möv-
qeyini möhkəmləndirən cənablara xoş deyildi. Xüsusilə, onların razılığını qazanma-
ğa çalışmadığım üçün məni sevmirdilər. Buna baxmayaraq, onlar hamının sevimlisi
olan və xeyirxah auditoriyada kasıblığına və taleyinin ağır olmasına görə mərhəmət
oyadan gənc musiqiçiyə zəhərli qəzəblərini tökməyə ürək etmirdilər. Amma mənim
möcüzəli” şəkildə kral kapelmeysteri vəzifəsinə keçməyim humanist münasibət
üçün istənilən əsası yox etdi. İndi mən “rifah içində”, “hədsiz rifah içində” ya-
şayırdım və bu paxıllıq üçün ən uyğun qida, konkret və hamıya aydın, hamının
gözünə girən səbəb idi. Tezliklə Almaniyanın bütün qəzetlərində Drezden haqqında
xəbərlərdə barəmdə düşmən xarakterli qeydlər peyda olur və mahiyyətcə indiyə
qədər dəyişməmiş əhval-ruhiyyə yeni güclə baş qaldırırdı. Bu “mətbu əhvalı” cəmi
bircə dəfə və qismən dəyişdi. Siyasi qaçqın kimi İsveçrəyə köçdüyüm vaxt idi. Lakin
Listin səyləri sayəsində, sürgündə olmağıma baxmayaraq operalarımbütünAlmani-
yada yayılanda, bütün istiqamətlərdəki qəzetlər yenidən mənim barəmdə həmfikir
oldular. Drezden tamaşalarından dərhal sonra iki teatrın partituralarımı sifariş
etməsi faktını bütünlüklə belə bir şeylə əlaqələndirirəm: jurnal şərhçilərinin ziyanlı
təsiri o vaxt hələ kifayət qədər güclü ifadə olunmamışdı; teatrların susqunluğunu isə
haqqımda qəzetlərdə çıxan yalanlar və böhtanlarla izah etmək olardı. Köhnə dostum
Laube bir jurnalist kimi adımı qorumağa çalışırdı. 1843-cü ildə o, yenidən “
Zeitung
für die elegante Welt”
in redaktoru oldu və ilk nömrələrindən birində haqqımda bioq-
rafik məlumat çap etməyi təklif etdi. Görünür, o, məni triumfla geniş ədəbi audito-
riyaya təqdim etmək imkanına görə sevinirdi və bunu daha nümayişkəranə şəkildə