233
Rixard Vaqner
Mənim həyatım
edərək mənim barəmdə məqalə olan nömrəyə Kitts çəkən portretimin litoqrafiya-
sını əlavə etmişdi. Lakin hətta o da bir müddət sonra işim haqqında mülahizələrdə
tərəddüd nümayiş etdirməyə başladı. Laube xidmətlərimin inanılmaz inadla, dai-
ma artan əminliklə hörmətdən salındığını, alçaldıldığını və kiçildildiyini görürdü.
Sonralar o etiraf edirdi ki, mənim halımdan müstəsna hal təsəvvür etmək olmaz.
Ətrafımda dövrə yaratmış jurnalistikaya qarşı tək idim. Bu barədə fikrimi deyəndə
isə, o, təbəssüm edərək məni ümidsizcəsinə məhv olmuş adam adlandırmışdı.
Yeni iş yerimdə də mənə münasibət tezliklə dəyişdi və elə formalaşdı ki,
jurnalistlər arzuladıqları şeyi əldə etdilər. Mənim şöhrətpərəstlikdən öz operala-
rımın tamaşalarında orkestrə dirijorluq etmək ağlıma belə gəlmirdi. Amma əmin
oldum ki, Reysiger “Riensi”nin ifası zamanı orkestri get-gedə daha diqqətsiz
idarə edir və həmahəng musiqi ansamblı bezdirici, mənadan məhrum musiqi
həftəbecərinə çevrilir. Buna görə kapelmeyster hüquqlarıma əsaslanaraq operanın
altıncı tamaşasını idarə etmək üçün icazə əldə edə bildim. Heç bir məşq olma-
dan, bir dəfə belə Drezden kapellası ilə işləmək fürsəti olmadan dirijorluq edir-
dim. Tamaşa əla keçdi. Sanki ifaçılar və orkestr yenidən dirilmişdilər və hamı bu-
nun “Riensi”nin ən uğurlu tamaşası olduğu fikrində idi. “Uçan hollandiyalı”nın
öyrənilməsi və idarə olunması həvəslə mənə həvalə olunmuşdu. Belə ki, Reysiger
muzikdirektor Rastrellinin ölümündən sonra sırf xidməti işlə yüklənmişdi. Bun-
dan savayı, mənə başqalarının partituralarına da dirijorluq etmək qabiliyyətimi
sübut etməyə və Veberin “Evrianta”sının tamaşasını idarə etməyə imkan
vermişdilər. Elə bilirdim ki, hamını razı salmışam. Veberin xanımı isə kapelmeys-
ter vəzifəsini qəbul etməyim üçün israr edəndə məhz bu tamaşaya istinad edirdi.
Onun sözlərinə görə, ərinin ölümündən sonra əsərinin ilk dəfə onun ruhunu və
ölçüsünü qoruyaraq idarə olunduğunu görürdü. Kapelmeyster təyin olunmağım
Reysigeri məyus etdi. O, mənim simamda özü ilə bərabərhüquqlu kolleqanı yox,
yalnız tabeliyində olan muzikdirektoru görmək istəyirdi. O, xasiyyətindəki sö-
nüklük ucbatından özündən çox çıxmasa da, Reysigerin şöhrətpərəst arvadı var
gücü ilə ərini mənə qarşı qoymağa çalışırdı. Düzdür, iş heç vaxt onun tərəfindən
açıq düşmənçilik münasibətinin nümayişinə qədər gedib çıxmırdı. Amma həmin
vaxtdan mətbuata mənim qeyri-təvazökarlığım haqqında xəbərlərinn sızdırıldığı-
nı hiss etmişdim. Beləliklə də, görüşərkən həmişə məni öpən kolleqamın dostlu-
ğunun səmimi olmadığını anladım.
144
Tezliklə məlum oldu ki, gözlənilməz, özü də çox qəddar düşmən qazan-
mışam. Bu çoxdandır Drezden kapellasında birinci kral konsertmeysteri kimi