Rixard Vaqner
Mənim həyatım
234
xidmət göstərən və bir vaxtların məşhur skripkaçısı Karl Lipinski idi. O, odlu
temperamentə və orijinal istedada malik olsa da, bununla yanaşı çox lovğa insan
idi. Bu xüsusiyyəti, fəal və şübhəkar polşalı xasiyyəti ilə daha da mürəkkəbləşirdi.
Onunla başım çox ağrıdı. O, digər skripkaçılara əsasən texnika cəhətdən canlı və
faydalı təsir göstərsə də, yaxşı təşkil olunmuş orkestrdə konsertmeyster kimi öz
yerində olmadığı aydın idi. Baş direktor fon Lütihau Lipinskinin tonunun həmişə
eşidildiyini bir dəfə necə vurğulamışdısa, bu qəribə adam, hər necə olursa-olsun, öz
qarşısına bu tərifi doğrultmaq məqsədi qoymuşdu. Hər dəfə digər skripkaçılardan
əvvəl başlayır və ritm baxımından irəli qaçırdı. Nüanslaşmada isə tez-tez o qədər
özbaşınalıq edirdi ki, ümumi pianodakı yüngül zərbələri qeyri-adi kəskinliklə
vurğulayırdı. Onu birbaşa məzəmmət etmək faydasız idi. Yalnız güclü yaltaq-
lıqla nəyəsə nail olmaq mümkün idi. Mən bütün bunları hesaba almalı, nəinki
dözməli, həm də coşqun razılığımı bildirərək onun orkestrə vurduğu ziyanı müm-
kün qədər məhdudlaşdırmalı idim. Hərçənd o, hər dəfə mən dirijorluq edəndə
tamaşaçıların açıq-aydın razılıq bildirməsini qəbul edə bilmirdi. Onun fikrincə,
Lipinskinin ifa etdiyi orkestr, dirijorun kimliyindən asılı olmayaraq həmişə eyni
dərəcədə möhtəşəmdir. Eyni zamanda kapellanın bir çox üzvü müxtəlif, hələ də
yerinə yetirilməmiş istəklərlə yeni səlahiyyətləri olan rəhbər olaraq mənə müraciət
etməyə başlamışdılar. Bundan narazı Lipinski məxsusi satqınlıq üçün əlinə düş-
müş fürsətdən istifadə etdi. Qoca kontrabasçılardan biri vəfat edəndə Lipinski məni
inandırmağa başladı ki, qaydalara əsasən digər xidmətkarların vəzifələrini irəli
çəkərək onun vakansiyasını doldurmaq əvəzinə, özününməsləhət bildiyi görkəmli
kontrabas virtuozu Mülleri Darmştadtdan dəvət edim. Kapellamızın pərt olmuş
musiqiçisi bu məsələ ilə bağlı mənə müraciət etdi. O, mənim qanuni dəstəyimə eti-
bar edirdi. Mən Lipinskiyə verdiyim vədə sadiq qaldım, bu cür yerliçiliyin zərəri
barədə fikirlərimi bildirdim və dedim ki, hər şeydən əvvəl, andıma əsasən mənə
həvalə edilmiş incəsənət müəssisəsinin maraqlarını qorumalıyam. Tezliklə bütün
kapellanın bir nəfər kimi məndən üz döndərməsi təəccübümə və təəssüfümə səbəb
oldu. Lipinskinin şikayətləri ilə bağlı müzakirələr başlayanda isə o, kontrabas ifaçı-
sı ilə bağlı hadisədə davranışımdan narazılığını bildirdi. Bəyan etdi ki, məndən ata
qayğısı gözlənilən vaxt orkestr üzvlərinin şübhə altında olmayan hüquqlarına to-
xunmuşam. Bir müddətliyinə Drezdeni tərk etməyə hazırlaşan cənab fon Lyutihau
orkestrdəki vəziyyətdən narahat idi. Üstəlik, Reysiger də məzuniyyətə çıxmışdı.
Lipinskinin saxtakarlığından və arsızlığından sonra gözlərim açıldı. Soyuqqanlılı-
ğım qayıtdı və mən baş direktoru sakitləşdirdim. Artıq kiminlə qarşı-qarşıya oldu-
ğumu anlamışdım və bundan sonra özümü müvafiq şəkildə aparacaqdım. Vədimə
sadiq qaldım: o vaxtdan sonra bir də heç vaxt nə Lipinski ilə, nə də kapellanın
başqa bir üzvü ilə toqquşmalarım olmadı. Əksinə, tezliklə bütün musiqiçilərlə elə
gözəl münasibətlərim yaranmışdı ki, həmişə onların sədaqəti ilə fəxr edə bilərdim.