235
Rixard Vaqner
Mənim həyatım
Lakin həmin andan qərar vermişdim ki, ömrümün sonuna qədər Drezden kapel-
meysteri qalmayacam. İşim və Drezden fəaliyyətim mənə ağırlıq edirdi. Bu ağırlı-
ğı xüsusilə işimin həqiqətən yaxşı bəhrə verdiyi tək-tük anlarda hiss edirdim. 
145
Drezdendə cəmi bircə dost tapmışdım. Bu dostluq bizim birgə musiqi
fəaliyyətimiz dövrünü keçmişdi. Hər iki kapelmeysterə muzikdirektor ayrılmalı
idi. Sadəcə adlı-sanlı musiqiçi yox, həmçinin dəyərli işçi və bacarıqlı adam lazım
idi. Hər şeydən əvvəl isə katolik olmalı idi. Belə ki, katolik saray kilsəsinin ruhani
rəhbəri istəməsə də, kral kapellasında işləməli olduğu hər iki kapelmeyster pro-
testant idi. Bütün bu xüsusiyyətlər Qummelin qohumu Avqust Rekelin simasında
birləşmişdi. O, veymardakılara belə ağız açmışdı və nəhayət, bu işi əldə etmişdi.
Rekel qədim bavar ailəsinə mənsub idi. Atası ifaçı idi. Bethovenin “Fidelio”sunun
ilk tamaşalarının göstərildiyi epoxada o, tez-tez Floresantı ifa edərdi. Uzunmüddət
Bethovenlə dost münasibətində də olmuşdu və bunun sayəsində bəstəkarın
həyatının naməlum və nəsildən-nəslə keçən anlarından xəbərdar idi. Avqustun
atasının musiqi müəllimi kimi sonrakı fəaliyyəti onu teatr rəhbərliklərinin daxi-
li həyatı ilə tanış etmişdi. Məhz o, Paris tamaşaçılarına ilk dəfə alman operası-
nı təqdim etmişdi. Özü də bu cəhd elə uğurlu alınmışdı ki, indi “Fidelio”nun və
Freyşüts”ün – o vaxta qədər Fransada tanınmayan operalar - Paris auditoriyasına
təsirinə görə özümüzü ona borclu hiss etməliyik. Parisliləri Şreder-Devrienlə ta-
nış edən də o idi. Hələ o vaxtlar gənc olan Avqust atasına bu işlərdə çox kömək
edirdi. Avqust çox erkən yaşlarında təcrübəli musiqi xadiminə çevrilmişdi. Atası-
nın tədbirləri İngiltərəni də əhatə etdiyi üçün Avqust insanlarla ünsiyyətdən və
müxtəlif şəraitlərlə təmasdan çoxlu praktiki əhəmiyyətli bilik əldə etmiş, fransız
və ingilis dillərini mənimsəmişdi. Lakin onun musiqiyə meyli özünü hər şeydən
güclü göstərirdi və məhz bu həyatının sonrakı axınını müəyyən edirdi. Yaxşı baca-
rığı olduğu üçün musiqinin öhdəsindən asanlıqla gəlir və bu sahədə uğura ümid
etməyə haqqı çatırdı. Rekel fortepianoda gözəl ifa edir, istənilən partitura ilə tez
tanış olurdu, inanılmaz incə duyuma malik idi, beləliklə, musiqiçi fəaliyyətində
tam hazır idi. Kompozisiyalara gəldikdə isə onu bu sahədə işləməyə yaradıclıq
istəyindən daha çox öz gücünü sınamaq, burada da müəyyən uğur qazanmaq ar-
zusu vadar edirdi. O, görkəmli musiqiçi kimi qəbul olunmağı arzulamır, yalnız
təcrübəli opera bəstəkarı adına iddalı idi. Rekel bu təvazökar məqsədlə “Farinelli”
i operasını yazdı. Operanın mətninu özü yazmışdı. Üstəlik, bu elə iddiasız mətn
idi ki, elə bil onu özü üçün yox, qaynı Lortsinq üçün yazmışdı. Bu partitura ilə
mənim də yanıma gəlmişdi. Bu hələ Drezdendə mənim əsərlərimdən heç birini