Rixard Vaqner
Mənim həyatım
236
eşitmədiyi vaxtda ilk ziyarəti idi. Məndən “Riensi” və “Uçan hollandiyalı”dan bir
şey ifa etməyi istədi. Onun səmimi və xoş rəftarı məni bu xahişi yerinə yetirməyə
həvəsləndirdi. Ona elə dərin və gözlənilməz təsir göstərmişdim ki, dərhal bun-
dan sonra məni öz operası ilə bezdirməməyə qərar verdi. Yalnız sonralar biz
yaxınlaşanda və şəxsi maraqlarımız üst-üstə düşəndə o, işinin maddi cəhətdən
gerçəkləşməsi üçün məndən bir dost kimi partiturası ilə məşğul olmağı xahiş edə
bilmişdi. Ona bir neçə məsləhət verdim. Ancaq tezliklə öz əsərinə o qədər nifrət
etdi ki, onu həm tamamilə atdı, həm də bir də heç vaxt bu cür məşğuliyyətli işə baş
qoşmadı. Rekel bəzi hazır işlərim və yeni işlərin eskizləri ilə tanış olduqdan son-
ra bildirdi ki, mənim sadiq köməkçim olmaq, geniş dairələrdə konsepsiyalarıma
düzgün münasibəti formalaşdırmaq, işimin, dünya ilə əlaqələrimin bütün ağırlı-
ğını öz boynuna götürmək və məni ən xırda narahatlıqdan belə uzaq tutmaq onun
əsas vəzifəsidir. O, həmişəlik mənim yanımda bəstəkar kimi görsənmək fikrindən
imtina etdi. Buna baxmayaraq mən onu sərbəst və məhsuldar işə həvəsləndirir,
müxtəlif uyğun motivləri onu istiqamətləndirirdim. Məsələn, beləcə mən ona ki-
çik fransız dramı “Kromvelin qızı”nın süjetini təklif etdim, kiçik kitabda tapdığım
kənd hekayəsinin məzmunu ilə onu tanış etdim və hətta hekayənin işlənməsinin
geniş planını tərtib etdim. Bütün cəhdlərim faydasız idi. Məlum oldu ki, əvvəla,
onun yaradıcı damarı çox zəif atır, ikincisi isə həyatı maddi baxımdan çox çətin
keçməyə başlamışdı. O, arvadını və artan külfətini saxlamaq üçün daimi qayğı-
lardan o qədər yorulmuşdu ki, ona tamamilə başqa tərəfdən yardım və şəfqət
göstərməli oldum. Musiqi inkişafına istəyi qorumaqdan söhbət gedə bilməzdi.
Heyrətamiz istedada və hər şeyi sərbəst öyrənmək, müxtəlifyönlü nəzəri və təcrübi
biliklər əldə etmək kimi nadir bacarığa malik Rekel, mənimlə bağlı qayğılarda o
qədər sədaqət və səmimiyyət nümayiş etdirdi ki, əvəzsiz dosta və yoldaşa çevrildi.
Rekel ətrafla münasibətlərimin xarakterini doğru qiymətləndirən yeganə adam idi
və indiyə qədər də belədir. Yalnız onunla qayğılarımı və təlaşlarımı açıq şəkildə
bölüşə bilirdim. Məni anlayacağından əmin idim. Taleyin hər ikimizə hazırladığı
əzablar və sınaqlar, narahatlıqlar özünü sonralar göstərəcəkdi.
146
Drezdendə olduğum ilk vaxtlarda daha bir dost qazanmışdım. O, sadiq və
vəfalı insan olsa da, həyatımın axınına təsir edib ciddi rol oynamaq iqtidarında
deyildi. Gənc həkim Anton Puzinelli yaxınlıqda yaşayırdı. Otuzillik yubileyimə
görə münasibət qurduğum Drezden
Liedertafel
i mənim şərəfimə kiçik ziyafət təşkil
edəndə doktor Puzinelli mənimlə şəxsən tanış olmaq üçün fürsətdən istifadə edə
bilmiş vəmənə ciddi, səmimi bağlılıq nümayiş etdirmişdi.Aramızda tez bir zaman-