237
Rixard Vaqner
Mənim həyatım
da dinc dostluq münasibətləri yarandı. Bu ünsiyyət mənə faydalı təsir göstərirdi.
O, mənim qayğıkeş həkimim idi. Bundan başqa, Drezdendə yaşayarkən getdikcə
pisləşən girdabdan dəfələrlə məni xilas etmişdi. Dəstək göstərməyə həmişə ha-
zırlığı və özünün maddi cəhətdən təminatlı olması mənə xüsusilə faydalı olurdu.
Bununla da məndə qiymətli dostluğuna görə minnətdarlıq hissi oyadırdı.
Drezdendəki əlaqələrimin genişlənməsində kamerger fon Kenerisin ailəsi ilə
tanışlıq da mühüm rol oynadı. Onun həyat yoldaşı Mariya fon Keneris (qızlıq so-
yadı Fink) qrafinya İda Qan-Qanın yaxın rəfiqəsi idi və mənim bəstələrimin alov-
lu pərəstişkarı olduğunu bildirmişdi. Məclislərinə tez-tez dəvət olunduğum bu
ailənin köməyi ilə yüksək Drezden aristokratik çevrəsində faydalı münasibətlər
qura bilərdim. Amma iş sırf zahiri tanışlıqdan o yana keçmədi və qarşılıqlı təmas
nöqtələri yaranmadı. Düzdür, mən qrafinya Rossi (məşhur Zontaq) ilə tanış ol-
dum və onun mənə səmimi, mehriban münasibət göstərməsinə təəccübləndim.
Bu tanışlıq sonradan Berlində ona tanıdığı bir adam kimi yaxınlaşmaq bəhanəsi
də vermişdi ki, vaxtı gələndə bu zaman yaşadığım məyusluqdan da danışacam.
Yalnız bir şeyi qeyd edim ki, keçmiş məni heç bir illüziyaya inanmamağı, təsəlli
verəcək bir dəstək tapmaq məqsədilə mühitə girmək cəhdlərini tamamilə fayda-
sız təşəbbüs kimi biryolluq boşlamalı olduğumu öyrədib. Drezdendə olduğum
müddətdə Keneris ailəsi ilə yaxşı münasibətlərim qalsa da, bu tanışlıq nə musi-
qi inkişafıma, nə cəmiyyətdəki mövqeyimə təsir göstərmədi. Yanız bir dəfə fon
Lütihau münasibətlərimizin kəskinləşdiyi dövrdə xanım fon Kenerisin şişirdilmiş
təriflərlə başımı gicəlləndirdiyini və mövqelərimiz arasındakı fərqi unutmağıma
səbəb olduğunu demişdi. O məhz bir şeyi bilmirdi: Drezdenin adlı-sanlı xanım-
ları arasında öz tərifləri ilə mənim məğrur özündənəminliyimi möhkəmlətməyə
qadir olan yeganə qadın onun həyat yoldaşı (İda fon Lütihau – qızlıq soyadı Kno-
belsdorf) idi. Yalnız bu savadlı, alicənab və zərif qadınla daimi və sıx ünsiyyət
qura bilsəydim, həyatımda dərin iz buraxardı. Burada ərinin mövqeyindən daha
çox, onun daimi xəstə halı və tanışlıq qurmaq üçün mənə mane olan qəribə hiss
mühüm rol oyanyırdı. Ona görə yalnız qısa müddətlərdə bu xanımla az-çox ya-
xın təmas qura bilirdim. Onun obrazı xatirəmdə müəyyən qədər bacım Rozaliya-
nın obrazı ilə eyniləşir. Yadımdadır ki, ağır həyat şəraitində solan zərif qadında
xoş rəğbət oyatmağım məni riqqətə gətirir və qürrələndirirdi. İlk dəfə bunu İda
fon Lütihaunun “Uçan hollandiyalı”ya xüsusi maraq göstərməsi ilə hiss etmiş-
dim. Halbuki, Drezden tamaşaçıları “Riensi”dən sonra bu əsərə mənfi münasibət
göstərmişdi. O, ümumi fikrin əksinə, yeni yolum münasibətilə məni təbrik edən
ilk adam idi. Bu mənə elə dərin təsir göstərdi ki, sonralar çap zamanı bu operanı
məhz ona həsr etdim. Bu qadının yeni sənət meyllərimə və ən gizli yaradıcılıq
planlarıma nə qədər maraq göstərdiyi barədə sonrakı Drezden fəaliyyətimə aid
müəyyən müstəsna hadisələrə toxunarkən bəhs edəcəm. Lakin qeyd etdiyim kimi,