Rixard Vaqner
Mənim həyatım
238
aramızda yaxın ünsiyyət qurulmamışdı və bu dəyərli tanışlıq Drezden həyatımın
xarakterinə heç bir təsir göstərməmişdi.
147
Əksinə, müxtəlif teatral tanışlıqlar qarşısıalınmaz zəhlətökənliklə ön plana
çıxır və doğrusu, daha böyük uğurlar qazandığım zamanda belə bu uğurlara ha-
zırlaşdığım qayğısız, tanış mühitdə yaşayırdım. Köhnə dostlarım Hayne və Fişerə
xüsusi dostluq vərdişləri və özünəməxsusluqlarına malik Tixaçek də qoşuldu.
Həmin vaxt Drezdendə yaşayan və saray litoqrafı Fürstenaunu tanıyanlar Tixa-
çekin bu yaxın dostu ilə sıx münasibətlər saxladığımı eşidəndə təəccüblənəcəklər.
Bu qəribə tanışlığın əhəmiyyətini aramızdakı tam üzülüşmənin Drezdendəki
mövqeyimin tənəzzülə uğraması ilə eyni vaxtda düşdüyünü bilərək anlamaq olar.
Drezden
Liedertafel
inin musiqi rəhbəri vəzifəsinə razılıq verməyim, şəxsi səthi
tanışlıqlarımın genişlənməsinə səbəb oldu. Cəmiyyət musiqidən daha çox digər
əyləncə sahələri ilə maraqlanan azsaylı gənc kommersantlardan və məmurlardan
ibarət idi. Lakin bu təşkilatı şəxsi məqsədlərinə çatmaq üçün çox şöhrətpərəst pro-
fessor Love dəstəkləyirdi. Görünür, bu məqsədlərə çatmaq üçün ona Drezdendə
nüfuz sahibi bir şəxsi işinə cəlb etmək lazım idi. Bu şəxs isə mən idim. Lovenin
planları arasında Karl Mariya fon Veberin cənazəsinin Londondan Drezdenə
köçrülməsi də var idi. Bu fikri bəyəndiyim üçün həvəslə sırf şəxsi, şöhrətpərəst
maraqlar çərçivəsində fəaliyyət göstərən proffessorla razılığa gəldim. Əvvəla, Sak-
soniyanın kişi ifaçılarından ibarət bütün kollektivlərini böyük tədbirlərdə iştirak
etməyə dəvət etmək və onları musiqi baxımından miskin bir cəmiyyət olan Drez-
den
Liedertafel
inin ətrafında birləşdirmək lazım idi. Bu məqsədlə xüsusi komitə
yarandı və yaranan narazılıqları nəzərə alaraq Lovenin səyləri nəticəsində əsl in-
qilabi tribunala çevrildi. Nəzərdə tutulan planı yerinə yetirəndə Love komitədə
gecə-gündüz iclaslara rəhbərlik edir və o qədər qızğın enerji nümayiş etdirirdi ki,
onu Robespyer adlandırmışdım. Xoşbəxtlikdən, şəxsən mən müəssisənin başında
dayansam da, orada həyata keçirilən terrorçu tədbirlərdən uzaq dururdum. Mən
bütünlüklə qarşıdan gələn bayram üçün söz verdiyim kompozisiyanın yazılışı ilə
məşğul idim. Öhdəmə sırf kişi səsləri üçün yaxşı bir əsər yazmaq düşmüşdü. Bu
əsərin ifası təxminən yarım saat vaxt almalı idi. Hətta orkestrin ifası belə kişi xoru-
nun yorucu monotonluğunu canlandıra bilməyəcəyini dərk edib kompozisiyaya
dramatik element daxil etmək qərarına gəldim. Buna əsasən həvarilərin ziyafətini
və Müqəddəs Ruhun enməsini təsvir edən böyük xor səhnəsinin cızma-qarasını
hazırladım. Bu zaman solo hissələrdən qaçıb kompozisiyanın qarşısında qoyulan
tələblərə cavab verərək musiqi materialını müxtəlif xor kütlələri arasında bölüş-