239
Rixard Vaqner
Mənim həyatım
dürdüm. Son vaxtlar bir çox yerlərdə ifa olunan “həvarilərin ziyafəti” məhz belə
yaranıb. Bu əsəri mən daha çox “əl altında olan” kompozisiyalara aid edirəm.
Çünki bu işi mütləq və təyin olunmuş müddətə yerinə yetirməli idim. Rəhbərlik
etdiyim Drezden kişi xorlarının məşqlərində işimin uğurundan razı qalmışdım.
Amma bu əsərin
Frauenkirche
də ifası zamanı bütün Saksoniyadan olan 1200 ifa-
çı ixtiyarıma verilmişdi ki, nəhəng xorun gözlənilməz zəif effekti məni sarsıtmış-
dı. Təsəvvüredilməz insan kütləsi arasından qulağıma çatan səslərin təsiri çox
əhəmiyyətsiz idi. Bu təcrübə, belə kütləvi ifa təşəbbüslərinin mənasızlığını sübut
etdi və həmişəlik bu cür işlərə həvəsimi öldürdü.
148
Drezden
Liedertafel
indən böyük çətinliklə canımı qurtardım. Özü də buna
professor Loveni başqa bir şöhrətpərəst FerdinandGillerlə tanış etdikdən sonra nail
oldum. Bu təşkilatla birlikdə göstərdiyim ən böyük hünər – Veberin cənazəsinin
(
əslində, bu daha tez baş vermişdi) köçürülməsi münasibətilə keçirilən təntənəli
mərasimbarədə aşağıda danışacam. Burada yalnız kral kapelmeysteri kimi rəsmən
mənə sifariş edilən “əlaltı” kompozsiyadan bəhs edəcəm. 1843-cü il iyulun 7-də
kral Fridrix-Avqustun heykəlinin (Ritşlin işi) Drezden Svingerində təntənəli açılış
mərasimi baş tutdu. Mendensonla birlikdə mənə bu təntənəli tədbirin musiqili
hissəsinə rəhbərlik etməyi tapşıraraq lütf göstərdilər. Mən kişi səsləri üçün sadə,
təvazökar xor tərtib etdim. Mendelsonun işi isə nisbətən çətin idi. O, kişi səsləri
üçün bəstələdiyi xora
God save the King”
(
saksonca
Heil Dir im Rautenkranz”
)
him-
nini daxil etməli idi. O, məsələni həll etmək üçün kontrapunkt hiyləsinə əl atdı.
Daha dəqiq desək, orijinal melodiyasının ilk səkkiz taktından sonra kişi səslərinə
xorla eyni zamanda anqlosakson himnini ifa edən nəfəsli alətlər orkestri qarışırdı.
Görünür, mənim sadə nəğməm uzaqdan yaxşı səslənirdi, lakin onun riskli kombi-
nasiyası uğurlu olmamışdı. Heç kim niyə görə xorun, orkestrin ifa etdiyi musiqi-
ni oxumadığını anlamırdı. Öz opusunun ifasında şəxsən iştirak edən Mendelson
onun dəqiq idarə olunmasına görə mənə məktubla şəxsi minnətdarlığını bildir-
mişdi. Bundan başqa, tədbirin keçirilməsi üzrə baş komitədən mükafat kimi qızılı
tütün qabı da almışdım. Görünür, bu hədiyyə qiymətinə görə kompozisiyamın
dəyərinə uyğun idi. Onun qapağında bir ov səhnəsi elə səliqəsiz həkk edilmişdi ki,
bəzi yerlərdə metal kəsik-kəsik olmuşdu.
Yeni həyat və radikal dəyişikliyə məruz qalmış ictimai mövqe ilə bağlı
təəssüratlara baxmayaraq güc yığmağa çalışaraq öz üzərimdə işləyir və bütün
uğurları layiqincə qiymətləndirim deyə təyin olunmuş yolda möhkəmlənmək
istəyirdim. 30-cu doğum günümü qeyd etdiyim ilin mayında “Venera dağı”ının