Rixard Vaqner
Mənim həyatım
240
şeiri üzərində işi bitirmişdim. O zaman “Tanhauzer”i belə adlandırmışdım. Hələ
onda orta əsrlər şeirini əsaslı şəkildə öyrənməyə başlamamışdım. Yeniyetməlik
xatirələrimə və Parisdə Lersin mühazirələrindən çıxardığım nəticələrə görə, bu
yaradıcılığın klassik cizgiləri haqqında aydın təsəvvürüm yox idi. Oturaq həyatın
təmin olunması – buna isə yalnız kral yanında ömürlük mövqe ilə zəmanət əldə
etmək olardı – mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Belə ki, yalnız bu hal-
da teatr atmosferi və Paris macəralarımla yarıda qalmış planlı və məhsuldar işlə
məşğul olmağa ümid edə bilərdim. Rəsmi fəaliyyətimin xarakteri buna ümidlərimi
qoruyurdu. Belə ki, əslində məni heç vaxt işlə yükləmirdilər. Ümumi rəhbərlik
isə mənə hər zaman müstəsna diqqət ayırırdı. Xidmətə başladıqdan bir neçə ay
keçmişdi ki, elə ilk yayda mənə sağlamlığımın bərpası üçün məzuniyyət verilmiş-
di. Bu məzuniyyətdən öncədən arvadımı göndərdiyim sevimli Teplitsada vaxt
keçirmək üçün istifadə etdim.
149
Yenə keçən il dar məkanda sığışdığım eyni evdə (Şenaudakı
Eiche”
)
hər
bir şeylə təchiz olunmuş dörd otağı tutanda ötənilki və indiki vəziyyətim arasın-
dakı fərqdən xüsusilə razı qalmışdım. Dəvətimizlə hər il podaqra tutmalarına görə
müalicəvi vanna qəbul edən bacım Klara və anam da bizə qoşuldu. Özüm də bu
vaxtdan istifadə edibmineral sularlamüalicə kursu keçdim. Paris həyatının nəticəsi
olan qarın boşluğundakı ağrılardan qurtulmağa ümid edirdim. Təəssüf, müalicə
əks-təsir göstərdi və mən əzablı əsəb pozğunluğundan şikayət edəndə öyrəndim
ki, bu cür müalicə kursları üçün yaranmamışam. Mənə başa saldılar ki, qəbul etdi-
yim müalicə yalnız su içməli olduğum vaxtlarda asta-asta səhər gəzintisinə çıxdı-
ğım halda keçərli olardı. Mən isə adətim üzrə ən yaxın bağın xiyabanında şütüyür-
düm. Sakitlikdə istirahət etməyə çalışarkən belə mən bir şüşə mineral su ilə yanaşı
irihəcmli ağır kitabı da özümlə daşıyırdım. Bu kitab Qrimmin “Alman mifologiya-
sı” idi. Bu kitabla tanış olanlar onun mənə necə həyəcanlandırıcı təsir göstərdiyini
təsəvvür edə bilər. Xüsusən də, bir tərəfdən məzmununun zənginliyini, sadəcə
mütəxəssis üçün olsa da, ən müxtəlifyönlü, dəyərli təfərrüatların bolluğu, digər
tərəfdən, mənim müəyyən, aydın vurğulanmış poetik motivlərə meylimi nəzərə
alsaq. Demək olar ki, heç bir abidənin qalmadığı dağılmış dünyanın yoxsul qa-
lıqlarından qurulmuş bulanıq tikili qarşımda dayanmışdı. İlk baxışdan bu alaq
basmış vəhşi mağaraya bənzəyirdi. Hazır heç nə yox idi, yalnız bəzi yerlərdə ar-
xiteknoik cizgilərin bənzərləri işarırdı və tez-tez kitabı atıb orada yığılmış mate-
riallardan nə isə yığmaq cəhdini boşlamaq istəyirdim. Buna baxmayaraq kitab
möcüzəli şəkildə məni özünə çəkirdi . Keçmişin yoxsul qəlpələri mənimlə qədim