241
Rixard Vaqner
Mənim həyatım
dastanların ideal dilində danışırdı və tezliklə, çoxdan əmin olduğum, heç vaxt ax-
tarmaqdan bezmədiyim bir fikrə doğru getməyim bir hiss kimi bütün varlığımı
bürüdü. Qəlbimdə bütöv obrazlar dünyası formalaşdı və bu obrazlar elə plastik
və ideal yaxın qəliblərə töküldülər ki, onları aydın şəkildə qarşımda görəndə və
nitqlərini eşidəndə özüm də demək olar duya bildiyim bu yaxınlığın, dözümün
haradan peyda olduğunu anlamırdım. Bu zaman yaşadıqlarıma yeni doğuluşdan
başqa bir ad verməyə çətinlik çəkirəm. Uşaqların ilk, sevincli, ani şüur işartıları
xüsusilə sevindirir. Mən ləzzətlə yeni, möcüzəli şəkildə içimdə çiçəklənən dünya-
nı nəzərdən keçirirdim. İndiyə qədər bu dünyanın varlığını o vaxta qədər sadəcə
ana bətnində olan uşaq kimi kor-koranə hiss edirdim.
Əvvəlcə bütün narahatlıqlar mənə qarşıma qoyduğum məqsədlə məşğul ol-
mağa mane olurdu. Mən “Tanhauzer”in musiqisinə başlamalı idim. Mənzilimə
fortepiano gətizdirmişdim və yazığa amansızcasına zülm versəm də, fərli heç nə
edə bilmirdim. Əsas motivlər böyük çətinliklə və əvvəlcədən beynimdə forma-
laşdığı üçün ilk cızma-qaranı edə bildim. Bu zaman daima çox oyaq olmaqdan
şikayətlənir və özümü xəstə hesab edirdim. Ağlıma əla bir fikir gəlməyənə qədər
günlərlə yataqdan çıxmır, Qrimmin alman saqalarını oxuyur, yenidən mifoligiya-
nın öyrənilməsi kimi çətin işə başlayırdım. Mən Praqaya səfər etmək və ovaxtkı
vəziyyətimlə bağlı bütün iztirablardan qurtulmaq qərarına gəlmişdim.
Artıq bir dəfə Milişau dağına çıxan arvadımla açıq ekipajda xoş gəzinti ke-
çirdik. Yenidən sevdiyim “Qara at”ı ziyarət etdim, köhnə dostum Kitli tapdım (o
əməllicə piylənmişdi), mümkün qədər çox ekskursiya edir, qədim fantastik şəhərin
mənzərəsindən zövq alırdım. Elə buradaca gözəl uşaqlıq dostlarım Jeni və Avqus-
ta Paxtanın yüksək aristokratiya arasından həyat yoldaşı tapdıqlarını eşidib se-
vindim. Hər şeyin əminamanlıq içində olduğunu gördüm və Əlahəzrət Saksoniya
kralının kapelmeysteri funksiyalarını yerinə yetirmək üçün Drezdenə qayıtdım.
150
Hər şeydən əvvəl,
Ostra-Allee
də yerləşən və Svingerə baxan geniş mənzildə
yaxşıca yerləşməli idim. Evimi əbədi ailə ocağı quran otuz yaşlı adam kimi əsaslı
şəkildə tərtib edirdim. Bu məqsəd üçün mənə heç yerdən pul ayrılmadığı üçün
faizlə borc verənlərə müraciət etməli oldum. Onda hələ Drezdendəki opera uğurla-
rımın gerçək bəhrəsini görməyə ümid edirdim. Xərclərin artıqlaması ilə ödənməsi
təbii olmazdımı? Dəbdəbəli kapelmeyster mənzilimi əsasən üç şey bəzəyirdi: şəxsi
mülk olaraq alınmış və mənim fəxrim-Breytkopf və Gertlin konsert royalı; sam-
ballı yazı stolunun üstündə (hazırda saray musiqiçisi Otto Kummerin mülkünə
aiddir) Nibelunqun Korneliusun işi olan qotik çərçivəyə salınmış titul vərəqi