Rixard Vaqner
Mənim həyatım
242
(
indiyə qədər əlimdə qalan yeganə əşya), bir də evimə xüsusi intim xarakter verən
üçüncü əşya- nəzərdə tutulan işlərin planına uyğun sistematik şəkildə tərtib olun-
muş, bütövlüklə və birdəfəlik alınan kitabxana. Fəaliyyətimin Drezden epoxası
tənəzzüllə nöqtələnəndə kitabxanam o vaxta qədər 500 taler borc aldığım Hayn-
rix Brokhauzun mülkiyyətinə keçdi ki, sonradan kitabxanamı bu borc barədə heç
bir təsəvvürü olmayan arvadımdan xəbərsiz, girov kimi götürmüşdü və nəticədə
tərkibinə görə xüsusi, tipik olan kitabxananı geri qaytara bilmədim. Burada hər
şeydən çox qədim alman ədəbiyyatı, xüsusilə, orta əsrlər nümunələri var idi. Özü
də xoşbəxtlikdən nadir nüsxələr sayılan qədim “
Romans des douze pairs”
kimi bir
neçə dəyərli kitab əldə edə bilmişdim. Növbəti yeri orta əsrlərə və ümumiyyətlə
Almaniya tarixinə aid əsərlər tuturdu. Bundan başqa, bütün dövrlərin, mümkün
bütün dillərdə poetik və klassik ədəbiyyat nümunələrinin də qeydinə qalmışdım.
Dilləri ilə birtəhər başa çıxdığıım fransız müəllifləri ilə yanaşı, italyan şairlərinin və
Şekspirin orijinal əsərləri də var idi. Bir qədər bildiyim yeni dilləri öyrənmək üçün
kifayət qədər vaxt tapmağa ümid edirdim. Yunan və Roma müəllifləri nümunəvi,
klassikaya çevrilmiş təcrümələrdə təmsil olunmuşdular. Onlarla orijinalda tanış
olmaq ümidindən imtina etməli olmuşdum. Belə ki, Homeri yunan dilində oxu-
mağa çalışarkən tezliklə əmin olmuşdum ki, kapelmeyster öhdəliklərimlə yanaşı
bu sahədəki biliklərimi bərpa etmək üçün həddindən çox vaxt tələb olunardı. Eyni
zamanda, mən ümumiyyətlə tarixin öyrənilməsi ilə məşğul olmaq istəyirdim və
buna görə müvafiq çoxcildlik əsərlər tədarük etmişdim. Özümü bu şəkildə təmin
edərək işimin, xidməti mövqeyimin ağır tərəflərinə görə kifayət qədər mükafat-
landırılmağa ümid edirdim. Öz küncümdə möhkəm və sakit sığınacaq tapdığım-
dan qəti əmin olaraq həmin ilin oktyabrında (1843) əla əhval-ruhiyyədə, dəbdəbəli
olmasa da, samballı, yaxşı təchiz olunmuş kapelmeyster mənzilimə köçdüm.
151
Rəsmi işlər və həvəslə başladığım kitabxana məşğələləri bitəndən sonra
qalan asudə vaxtımı yeni evimdə “Tanhauzer” kompozisiyasına həsr edirdim.
Onun ilk pərdəsi 1844-cü ildə bitmişdi. Drezdendəki fəaliyyətimlə bağlı parlaq
təəssüratlardan məhrum qışı iki səfər etməli oldum. Birincisi, yeni ilin əvvəlində
Uçan hollandiyalı”nın səhnələşdirilməsi üçün Berlinə, sonra isə “Riensi”nin
səhnələşdirilməsi üçün Hamburqa yollandım.
İlk səfərim məndə nisbətən rəngarəng təəssürat yaratmşdı. Berlinin teatr in-
tendantı fon Küstnerdən gələn xəbər məni qəflətən yaxalamışdı. Berlindəki opera
teatrı bir il əvvəl yanmışdı və hələ yeni tamaşalar üçün bərpa oluna bilməzdi. Mən
sakitcətikintininbitməsinigözləyirdimvəoperanınsəhnələşdirilməsibarədəheçbir