243
Rixard Vaqner
Mənim həyatım
eyham belə vurmamışdım. Drezdendəki müvəffəqiyyətsiz təcrübəm göstərmişdi
ki, dramatikləşdirilmiş dəniz səhnəsi üçün məhz düşünülmüş və gözəl tərtibat
vacibdir. Buna görə Berlin operasının möhtəşəm və məharətli səhnə mizanına ar-
xayın idim. Berlin rəhbərliyinin əsərimi dramatik teatrın səhnəsində gedən digər
tamaşalar kimi növbəyə yazmaq niyyəti məni çox məyus etmişdi. Etirazlarımın bir
faydası olmadı. Mənə operanın öyrənməyə başlamaq məqsədi barədə yox, onun
artıq öyrənildiyi və yaxın günlərdə səhnəyə qoyulacağı barədə xəbər vermişdilər.
Baş verənlərdə operamı Berlin repertuarının müvəqqəti üzvü hesab etmək qərarı
hiss olunurdu. Beləliklə də, opera teatrının tikilməsindən sonra rəhbərliyin onun
yeni quruluşda səhnəyə qoyulması ilə məşğul olacağına ümid bəsləmək olmazdı.
Məni “Uçan hollandiyalı”nın səhnələşdirilməsinin Şreder-Devrienin həmin vaxt
Berlində başlayan qastrollarıyla üst-üstə düşməsi ilə ələ almağa çalışırdılar. Eh-
timal olunurdu ki, böyük artistin iştirakı məni yetərincə razı salmalıdır. Əslində,
operam Şreder-Devrienin qastrollarında əlavə, köməkçi rol oynamalı idi. Belə ki,
rəhbərlik onun repertuarı barədə çətin vəziyyətdə idi. Məsələ burasındadır ki,
onun repertuarı əsasən böyük opera – yeri gəlmişkən, Meyerberinkilər də bura
aid idi – adlanan əsərlərdən ibarət idi və məhz onları yeni teatrdakı möhtəşəm
tamaşa üçün saxlamaq istəyirdilər. Əvvəlcədən bilirdim ki, Berlin saray teatrının
rəhbərliyi “Uçan hollandiyalı”nı kapelmeyster operaları sırasına daxil edib və bu-
nunla da əsərimi bütün bu cür əsərlərlə ortaq tale gözləyirdi. Həqiqətən mənə
və əsərimə münasibət məni ruh yüksəkliyindən məhrum edən bütün kədərli
fərziyyələrə uyğun idi. Lakin Şreder-Devrienin əməkdaşlığına və dəstəyinə ümid
bəsləyərək bu hisslərimi boğdum və Berlinə yola düşdüm ki, gücüm yetdiyi qədər
operanın uğur qazanmasına çalışım. Burada dərhal əmin oldum ki, iştirakım is-
rarla vacib hesab olunmurdu. Dirijorluğu mənə özünü kapelmeyster Heninq (və
ya Heninqer) kimi təqdim edən bir adam eləməliydi. O, tutduğu mövqeyə sıra-
vi musiqiçilər arasından illərlə xidmət göstərərək çatan məmur xasiyyətli biri idi.
Heninq ümumiyyətlə dirijorluq barədə zəif təsəvvürə malik idi, mənim operam
haqqında isə heç nə bilmirdi. Pultun arxasına özüm keçdim, ilk məşqi idarə etdim
və təəssüflə əmin oldum ki, orkestrdə simli alətlər çox zəif təmsil olunur və buna
görə də əsər dayaz, bayağı səslənir. Lakin ifaçılar, onların istedadı və səylərindən
çox razı qalmışdım. Böyük istedadlı resjissor Blumun rəhbərliyi altında, təcrübəli
və fərasətli maşinistlərin iştirakı ilə yaradılan səhnə mizanına gəldikdə isə tamaşa-
nın bu tərəfi məni tamamilə heyrətə gətirmişdi.
Əlbəttə, mənə gümrahlıq və çoxlu ümid aşılayan bu halların Berlin tama-
şaçıları qarşısında uğurumda necə əks olunacağını bilmək istəyirdim. Bu ba-
xımdan da qəribə şeylər yaşamalı oldum. Aydın idi ki, çoxsaylı auditoriya ta-
maşaya, əsərimi hansı mənada və hansı istiqamətdə pis hesab etməli olduğunu
müəyyənləşdirmək kimi hazır məqsədlə gəlmişdi. Görünür, ilk pərdə ərzində