Rixard Vaqner
Mənim həyatım
244
auditoriya məni darıxdırıcılar sırasına daxil etmək qərarına gəlmişdi: bircə al-
qış belə səslənmədi. Məni inandırdılar ki, əslində buna görə bəxtim gətirmişdi.
Çünki hətta ən kiçik razılıq ifadə etmək cəhdi belə satılmış rəğbət kimi qəbul olu-
nar və ən kəskin etirazlara səbəb olardı. Sonralar fon Küstner auditoriyanın tam
laqeydliyinə fikir verməyərək birinci pərdə bitdikdən sonra pultu buraxıb sakitcə
səhnəyə çıxmağıma təəccübləndiyini bildirmişdi. Bu onunla izah olunurdu ki,
əgər özüm ifanın gedişatından razı idimsə, tamaşaçılar tərəfindən razılığın olma-
ması məni pərt etməməli idi. Başa düşürdüm ki, həlledici təəssüratı yalnız ikinci
pərdədən gözləmək lazım idi və buna görə də onun uğurla keçməsi məni Berlin
tamaşaçılarının niyə özünü başqa cür yox, məhz belə aparması barədə fikirlərdən
daha çox narahat edirdi. Həqiqətən, ikinci pərdənin əvvəlindən buzlar əridi. Au-
ditoriya ilkin qiymətləndirməsindən imtina etdi, operanın uğuru artdı və ikinci
pərdənin sonunda bütün zal alovlu ruh yüksəkliyinə bürünmüşdü. Mən coşqun
çağırışlarla, artistlərlə əl-ələ çıxırdım səhnəyə. İkinci pərdənin süstlüyü dağıtmaq
üçün çox qısa olduğuna, səhnə konsepsiyasının isə yeni və maraqlı olduğuna
görə bizə elə gəlirdi ki, opera bitəndən sonra təkrar çağırışlar tam qələbə qazan-
dığımızın inkarolunmaz sübutu idi. Həmin vaxt mərkəzi muzikdirektorluğun
işlərinə görə Meyerberlə birlikdə Berlində olan Mendelson operanı səhnə qaba-
ğındakı yan lojaların birindən dinləyib tamaşa bitəndən sonra rəngi qaçmış halda
mənə yaxınlaşmış, saxta alicənablıqla bu sözləri demişdi: “Deyəsən, siz razı qala
bilərsiniz!” Berlində olduğum qısa müddət ərzində onunla bir neçə dəfə görüş-
müş, hətta onun evində müxtəlif kamera musiqilərinə qulaq asaraq bir axşam ke-
çirmişdim. O, mənimlə “Uçan hollandiyalı” haqqında bir kəlmə belə kəsməmişdi.
Yalnız ikinci tamaşadan sonra bircə dəfə operamda Devrienin, yoxsa başqa bir
aktrisanın çıxış edəcəyini soruşmuşdu. Bu azmış kimi bir dəfə səmimiyyətlə onun
Sommernachtstraum”
a (bu əsər o vaxt Berlində səhnəyə qoyulurdu və mən onun
adını ilk dəfə burda eşitmişdim) yazdığı musiqi haqqında danışanda o, sözlərimə
eyni laqeydliklə yanaşmışdı və yalnız bir qədər aktyor Hernin oyununa toxun-
muşdu. Onun fikrincə, bu aktyor çox irəli çıxır və mübaliğəli ifa edirdi.
152
Bir neçə gün sonra “Uçan hollandiyalı”nın mənim dirijorluğum altında
ikinci tamaşası baş tutdu və teatrda birinci tamaşada olduğu qədər tamaşaçı var
idi. Həmin gecə yaşadıqlarım premyerada yaşadıqlarımı geridə qoyurdu. Ay-
dın idi ki, ilk tamaşa məni bir neçə tərəfdarla təmin etmişdi. Belə ki, uvertüra-
dan sonra alqışlar səsləndi. Lakin alqışlar inadlı “sus!” işarələri ilə boğulmuşdu
və sonra bütün axşam heç kim əl çalmağa ürək etməmişdi. Rəhbərliyin tapşırığı