245
Rixard Vaqner
Mənim həyatım
ilə
Sommernachtstraum”
un səhnələşdirilməsini tədqiq etmək üçün Drezdendən
gəlmiş köhnə dostum Hayne bu tamaşada iştirak edirdi. O, berlinli qohumların-
dan birinin tamaşadan sonra
Unter den Linden
dəki restoranda şam etmək dəvətini
mənə çatdırdı. Son dərəcə yorğun və bitkin olsam da, acgöz və ümdsiz halda
onunla bu pis işıqlandırılmış, bərbad restorana getdim, isinmək üçün təklif olu-
nan şərabı içdim, xeyirxah dostumun və onun yoldaşının pərt nitqini dinlədim,
gözlərimi döyüb gündüz qəzetlərinə baxdım. Bu qəzetlərdə elə bu gün “Uçan
hollandiyalı”nın ilk tamaşası barədə rəylər yerləşdirilmişdi. İlk dəfə əsərimin
üzərinə yağan və adımı biabır edən nalayiq ton, misilsiz həyasızlıq və qəzəbli ko-
budluqla qarşılaşanda ürəyimdən ağrı tutdu. Bizi qonaq edən berlinli, ürəyiaçıq
filister bildirdi ki, bu rəylərdən sonra teatrda işin gedişatının necə olacağını təyin
edə bilmişdi. Berlinli deyirdi ki, hətta əvvəlcə Relştabla dostlarının nə deyəcəyini
gözləyir və sonra özünü necə aparmalı olduğunu qərarlaşdırır. Bu qəribə adam
heç nəyə baxmayaraq kefimi açmaq istəyir və bir-birinin ardınca şərab şüşələrini
sifariş edirdi. Dostum Hayne isə triumflarımızı, “Riensi”nin Drezdendəki tamaşa-
sını xatırlamağa başladı. Mən səntirləyərək, beyni dumanlı şəkildə yoldaşlarımın
müşayiəti ilə qaldığım mehmanxanaya çatanda gecə yarısı idi. Xidmətçi əlində
şamla məni qaranlıq dəhlizlərlə aparanda başdan-ayağa qara geyinmiş, solğun in-
tellektual simalı bir cənab bizə yaxınlaşdı və mənimlə danışmaq istədiyini bildirdi.
O izah etdi ki, bugünki tamaşa bitəndən bəri buradadır və nə olursa-olsun qəti
şəkildə məni gözləməyə qərar veribmiş. Mən üzr istəyib bildirdim ki, hazırda iş
danışıqları aparmaq iqtidarında deyiləm. Onun özü də bundan əmin ola bilər ki,
ehtiyatsız şəkildə çox içmişəm və bunun səbəbi heç də sevinc deyil.
Bunların hamısını qırıq-qırıq tələffüz etdim. Lakin qəribə ziyarətçi məq-
sədindən əl çəkmədi, məni otağa qədər yola saldı və inadla məhz indi mənimlə da-
nışmağın vacibliyini iddia etməyə davam etdi. Biz soyuq otaqda, zəif şam işığında
əyləşdik və o, rəvan, iti nitqlə bu gün teatrda “Uçan hollandiyalı”nın tamaşasında
olduğunu izah etdi. O, özümü necə hiss etdiyimi anlayır və məhz buna görə məni
ziyarət edib ki, misilsiz sənətkarlıq nümunəsi yazdığımı, Berlin tamaşaçılarının
əsərə layiqincə qəbul etməməsinə görə heç olmasa bir anlıq kədərlənməməyin
qeyri-mümkün olduğunu bildirmək istəyirdi. Həmin axşam bu əsərlə tanış olan-
dan sonra başa düşmüşdü ki, alman incəsənətinin gələcəyinə yeni perspektivlər
və ümidlər yaranıb. Tüklərim biz-biz oldu. Fantastik Hoffman hekayələrindən
bir səhnəni görürdüm. Mən ona cavab verəcək halda deyildim və yalnız adını
soruşa bildim. Sualım onu təəccübləndirdi. Belə ki, həmin ərəfədə onunla Men-
delsonun evində görüşüb söhbət etmişdik. Hələ orada bu şəxs mənim sözlərimə,
davranışıma diqqət yetirmişdi və operanı sevmədiyi üçün “Uçan hollandiyalı”nın
ilk tamaşasını buraxdığına görə peşman olsa da, özünə ikinci tamaşada iştirak
etməyi söz vermişdi. O, özünü professor Verder kimi təqdim etmişdi. Lakin mən