Rixard Vaqner
Mənim həyatım
246
bununla kifayətlənmədim: Adını yazmağı istədim. O, kağız və mürəkkəb tapıb
xahişimi yerinə yetirdi və getdi. Mən isə demək olar ki, huşsuz halda yatağa atıl-
dım və dərin yuxuya getdim. Səhər gümrah və təzələnmiş oyandım, məni “Uçan
hollandiyalı”da iştirakı ilə dəstəkləməyə vəd verən Şreder-Devrienin yanına
getdim, 100 dukat qonorarımı aldım və Leypsiqdən keçərək evə yola düşdüm.
Leypsiqdə hələ Drezdendəki ümid dolu vaxtlarımda borc götürdüyüm qohum-
larımla hesablaşmalı oldum. Drezdenə çatanda isə yenidən kitablarımın arasına
daldım. Tez-tez Verderin gecə ziyarətinin məndə qoyduğu dərin izi xatırlayırdım.
153
Riensi” nin bu qışın sonunadək səhnələşdirilməsi üçün Hamburqdan ciddi
təklif almışdım. Təklif təşəbbüskar direktor Kornedən gəldi. O, özü etiraf etmiş-
di ki, “Riensi”nin tamaşası ilə teatrın laxlayan işlərini qaydasına salmağa ümid
edir və ona teatrı böyük uğurla təmin edəcək əsər lazım idi. Əsəri Drezdendə
dinlədikdən sonra “Riensi”dən məhz belə uğur gözləyirdi. Martda yola düşdüm.
Səfər asan deyildi. Belə ki, Hannoverdən poçt arabası ilə getməli idim və buz axı-
nı vaxtı təhlükəli olsa da, Elbanın üstü ilə keçməli idim. Hamburq şəhəri böyük
yanğından sonra təzə-təzə tikilirdi və mərkəzdə hələ də xarabalıqlarla örtülü ge-
niş ərazilər var idi. Kifayət qədər uzunmüddətli ziyarətim ərzində hava soyuq
və tutqun idi. Bu məndə elə də xoş xatirələr qoymamışdı. Avam auditoriya üçün
nəzərdə tutulmuş pis truppa ilə məşqlər məni elə taqətdən salırdı ki, asudə vax-
tımı yorğun və soyuqlamış vəziyyətdə mehmanxana otağında əsasən tənha keçi-
rirdim. Teatr bünövrəsizliyi və pozğunluğu ilə bağlı əvvəlki təəssüratlar yenidən
dirilmişdi. Xüsusilə, direktor Kornenin ən rəzil maraqlarında mahiyyətcə onun
köməkçisi rolunu oynamalı olduğumu dərk etmək ağır idi. Onun üçün bütün iş
banal effekt əldə etməkdən ibarət idi və onun fikrincə, bu cür uğur mənim xo-
şuma gəlməli idi. Çünki kiçik qonorardan başqa gözlənilən gəlirlərdən verəcəyi
payla diqqətimi çəkirdi. Onun təsəvvür belə etmədiyi səhnələşdirmə, quruluş
mədəniyyəti ən mənasız zahiri parıltıya qurban verilmişdi. Mümkün bütün fan-
tastik baletlərdən götürülmüş rəngarəng kostyumların çoxluğu, səhnədəki əlvan
və izdihamlı hadisələr – uğurun əsas şərtləri bunlar idi. Lakin baş rolu ifa edən
ifaçı hər şeydən dəhşətli idi. Qoca, heydən düşmüş, səssiz tenor Burda, “Riensi”ni,
Elvinonun “Somnambula”dakı öz sevimli parçasını oxuduğu kimi, həmin tərzdə
ifa edirdi. O, elə dözülməz idi ki, ikinci pərdədə Kapitolini onun başına uçurmaq
və xarabalıqların altında basdırmaq istəyirdim. Bununla da direktorun ürəyinə
yatan çoxlu effektli hoqqa da məhv edilmiş olardı. Yalnız bircə qadın ifaçı fərqlənir
və Adriano rolunu hərarətlə ifa edərək məni sevindirirdi. Bu xanım Feringer idi.